Azərbaycan Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunmuşlar

Məlumat verildiyi kimi, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin “Medicana İnternational İstanbul Hospital” xəstəxanasında vəfat etmişdir.

Məlumat verildiyi kimi, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin “Medicana İnternational İstanbul Hospital” xəstəxanasında vəfat etmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda deyilir ki, araşdırmalarla müəyyən edilmişdir ki, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov və S.Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilmiş və mərhumun Sevinc Babayeva olması müəyyənləşdirilmişdir. Xəstəxanadan verilən ilkin məlumata görə, həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S.Babayeva ürək çatışmazlığından vəfat etmişdir.

Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırmış və bu məqsədlə Azərbaycan Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunmuşlar.

Aparılan araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında