Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsi əhəmiyyətli hadisədir

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov iyunun 30-da Avropa Yayımları Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində Bakıda səfərdə olan qurumun prezidenti Jan Pol Filippo ilə görüşmüşdür.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən AzərTAc-a bildirmişlər ki, qonaq Assambleyanın 64-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
İctimai Teleradionun baş direktoru İ.Ömərov şirkətin fəaliyyəti və strukturu barədə qonağa məlumat vermişdir. İctimai Teleradionun dünyanın bir neçə telekanalı ilə əməkdaşlıq etdiyini və bu əlaqələrin gələcəkdə də genişlənməsi istiqamətində fəaliyyət göstərildiyi qonağın diqqətinə çatdırılmışdır.
Televiziyanın iş rejimi ilə tanış olan AYB-nin prezidenti yaradılmış şəraiti yüksək qiymətləndirmiş, İctimai Televiziyadakı infrastrukturun, texniki təchizat və peşəkar kadrların onda xoş təəssürat oyatdığını bildirmişdir.
Qonaq vurğulamışdır ki, böyük qurum olmağına baxmayaraq, AYB üçün İctimai Teleradiodan öyrəniləsi bəzi məqamlar vardır.
Həmin gün İctimai Teleradionun baş direktoru İ.Ömərov Avstriya Dövlət Yayım Şirkətinin (ORF) baş direktoru Aleksandr Vrabets ilə də görüşmüşdür.
A.Vrabets İctimai Teleradio ilə əlaqələrin genişləndirilməsinə maraq göstərdiklərini bildirmiş və Azərbaycan haqqında məlumatların Avstriya xalqına çatdırılmasının əsas məqsədlərindən olduğunu vurğulamışdır.
Qonaq, rəhbərlik etdiyi televiziyanın proqramlarında Azərbaycan haqqında daha çox məlumata yer verilməsinin prioritet məsələlərdən biri olacağını diqqətə çatdırmış, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi məmnunluqla vurğulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında