Milli mətbuatımızın 135 illiyi Ədliyyə Nazirliyində qeyd edilmişdir

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında milli mətbuatımızın 135 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri Ədliyyə Akademiyasının prorektoru, baş ədliyyə müşaviri İlham Abbasov açaraq demişdir ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsənbəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı özünəməxsus tarixi bir yol keçmişdir. Vurğulanmışdır ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maarifləndirilməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Qeyd edilmişdir ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir.
Tədbirdə milli mətbuatımızın inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolu xüsusi qeyd edilmiş, onun imzaladığı 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsinin milli mətbuatımızın inkişafına güclü təkan verdiyi vurğulanmışdır.
Yığıncaqda qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli davamçısı, Prezident İlham Əliyev də bu sahədə dövlət siyasətini uğurla davam etdirir.
Dövlətimizin başçısının 2009-cu ilin mayında imzaladığı sərəncam ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması xüsusi vurğulanmış, onun milli mətbuatımızın daha da inkişafına xidmət göstərdiyi qeyd edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında