Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum başa çatmışdır

Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda ikigünlük forum iyunun 30-da başa çatmışdır.
Bakı Biznes Mərkəzində keçirilən və görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş forumda Azərbaycanın və Rusiyanın tanınmış alimləri iştirak etmişlər. Tədbirin ikinci iş günü keçirilən bölmə iclaslarında "Sivilizasiyaların dialoqu mədəniyyət dialoqlarında", "Demokratiya, cəmiyyət və bir daha şəxsiyyətin tarixdə rolu barədə", "Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsiyyət tərəfindən qiymətləndirilməsi", "Qloballaşma dövründə Rusiya humanitar təhsili", "Dialoq başqasının eyniliyinin anlaşılması kimi", "Mədəniyyətlərarası dialoq qloballaşma dövründə davamlı inkişafın əsasıdır", "Birlik fəlsəfəsi və müasir elm", "Qloballaşma dövründə təfəkkür mədəniyyətlərinin qarşılıqlı fəaliyyəti", "Mədəniyyətlərin vəhdəti və müxtəlifliyi: islam Nijeqorod regionu mədəniyyəti kontekstində" və s. mövzularda məruzələr dinlənilmişdir. Alimlər qloballaşma şəraitində müxtəliflik vasitəsilə birliyin təmin edilməsi ətrafında müzakirələr aparmışlar.
Tədbirdə Rusiya Federasiyasının əməkdar elm xadimi, professor Konstantin Dolqovun "Heydər Əliyev - İnsan və siyasətçi" mövzusunda məruzəsi böyük maraqla qarşılanmışdır. Rusiyalı alim ümummilli liderimiz Heydər Əliyevin keçmiş SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən nəqliyyat sahəsinin inkişafı üçün gördüyü böyük işlərdən, mədəniyyətə qayğısından danışmış, eləcə də elmi tədqiqatlar apararkən Heydər Əliyevlə şəxsi görüşlərini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Heydər Əliyev kimi vətənpərvər, xalqının xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən dahi şəxsiyyət heç zaman unudulmur, o insanların xatirəsində əbədi yaşayır.
Forumun sonunda qətnamə qəbul edilmişdir.
İyulun 1-də qonaqlar Bakının görməli yerləri ilə tanış olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında