“Hər gününüz bayram olsun”

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Xətai Rayon İcra Hakimiyyətinın rayonun Heydər Əliev Liseyinin geniş konfrans salonunda fidan balalar və məktəblilər üçün təşkil etdiyi “Hər gününüz bayram olsun” şənliyi böyük çoşqu ilə keçdi. Bayram proqramının bütün nömrələrinin ifaçıları da elə uşaqlar özləri idilər.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Xətai Rayon İcra Hakimiyyətinın rayonun Heydər Əliev Liseyinin geniş konfrans salonunda fidan balalar və məktəblilər üçün təşkil etdiyi “Hər gününüz bayram olsun” şənliyi böyük çoşqu ilə keçdi. Bayram proqramının bütün nömrələrinin ifaçıları da elə uşaqlar özləri idilər.

Tədbirdə təbrik nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun Xətai rayon uşaqlarının və  məktəblərinin simasında bütün Azərbaycan xalqına xoş arzularını çatdıraraq bildirdi ki, ulu öndər Heydər Əliyevin azərbaycanlıları həmrəyliyə və birliyə çağıran bu günü bayram günü kimi tarixə yazması özü müstəsna bir xidmətdir. Çünki bütün dünyaya səpələnmiş biz azərbaycanlıların həqiqətən məhz indi, müstəqilliyimizin əbədi və dönməz xarakter aldığı indiki vaxtda böyük birliyə və həmrəyliyə ehtiyacı var.

Natiq son illər xalqımızın gələcəyi naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxsaylı tədbirlərdən danışaraq qeyd etdi ki, bunların sırasında təhsilin inkişafı ilə əlaqədar qəbul edilən proqramlar çərçivəsində həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, orta təhsil və məktəbəqədər müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi yekunda yüksək nəticələrin əldə olunmasına zəmin yaratmışdır.

Çıxışının sonunda R.Məmmədov bir daha salona toplaşanları hər iki bayram münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzuladı.

Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov da ürək sözlərini söyləyərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizə müstəqilliyimizin ərməğanıdır. Bu elə bir bayramdır ki, onun mahiyyətində birliyə və həmrəyliyə daimi bir çağırış  var.

Natiq son illər böyük intibah dövrü yaşayan bütün Azərbaycanın addım - addım ulu öndər Heydər Əliyev amallarına yaxınlaşdığını və xalqımızın rifahının durmadan yaxşılaşdığını diqqətə çatdırdı. Qeyd olundu ki, qazanılan uğurlarda şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf və tərəqqi strategiyası misilsiz rol oynayır. Deputat da öz növbəsində uşaqları, müəllimləri və valideynləri Yeni il münasibəti ilə də təbrik etdi və onlara həyatda yeni-yeni uğurlar arzuladı.

Tədbirin sonunda  Xətai Rayon İcra Hakimiyyəti adından 400-dən artıq uşağa bayram hədiyyəsi verildi.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında