Səbaillilərin həmrəylik duyğuları

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Sinema-Klub”da bayram şənliyi keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Park Bulvar” Ticarət və İstirahət Mərkəzindəki “Sinema-Klub”da bayram şənliyi keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mərasim iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmiş, onlara xoş arzularını  çatdırmışdır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2012-ci ildə ölkədə əldə olunmuş nailiyyətlər, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadiyyatdakı irəliləyişlər,  həyata keçirilən sosialyönümlü layihələrdən danışan natiq daha sonra il ərzində Səbail rayonunda görülən işlər, yeni tikilmiş və təmir olunmuş sosial obyektlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən söz açmışdır.

Asif Əsgərov qeyd etmişdir ki, bu il böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam oldu. Ölkə başçısı Azərbaycan mədəniyyəti tarixində parlaq səhifə açan  Mirzə Fətəli Axundzadənin yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalamış və 2012-ci ili “Türksoy” “M.F.Axundzadə ili” elan etmişdir. 

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun yaradıcılığına, onun mənalı həyat yoluna nəzər salmış, ölkəmizdə və kənarda keçirilən yubiley tədbirlərindən danışmışdır. Xalq yazıçısı həmçinin dövlət sifarişi əsasında yeni çəkilmiş, ssenari müəllifi olduğu “Sübhün səfiri” filmi barədə danışmışdır.

Filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı xalq artisti Rasim Balayev Mirzə Fətəli obrazının ekran taleyindən danışmışlar.

Sonda “Sübhün səfiri” filmi nümayiş etdirilmişdir.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında