Tütünlə mübarizə üzrə milli strategiya müzakirə olunmuşdur

Dekabrın 14-də "Azərbaycanda tütünçəkmə ilə mübarizə üzrə Milli Strategiyanın hazırlanması" layihəsi çərçivəsində konfrans keçirilmişdir.

{nl}

Konfransda Milli Məclis, Səhiyyə, İdman və Gənclər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri iştirak etmişlər.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirmişdir ki, DST tərəfindən epidemiya kimi qəbul edilmiş tütün məmulatlarından istifadə olunması əsas ölüm səbəblərindəndir. Dünyada hər 10 insandan biri tütünün yaratdığı təhlükəli fəsadlardan dünyasını dəyişir və 700 milyon uşaq tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır.

{nl}

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin əməkdaşı Tahir Hacıyev bildirmişdir ki, Azərbaycanda 15-49 yaşlı kişilərin 50 faizi siqaret çəkir. Ölkəmizdə tütünlə mübarizə məqsədilə görülən işlərdən danışan natiq vurğulamışdır ki, bu sahədə bir sıra qanuni aktlar mövcuddur. 2005-ci ildə Azərbaycan Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizə Konvensiyasına qoşulmuşdur.
Milli Məclisin deputatı Hadı Rəcəbli məlumat vermişdir ki, artıq 6 ilə yaxındır ki, bu problemin həllinə yönəlmiş qanun mövcuddur. Milli Məclisdə tütün və tütün məmulatları haqqında qəbul edilmiş qanunun bir bölümü bu məmulatların istehlakının məhdudlaşdırılmasına həsr olunmuşdur.

{nl}

Deputat vurğulamışdır ki, hazırda bu barədə yeni bir qanunun qəbul edilməsi, yaxud mövcud qanundakı bölməni inkişaf etdirib İnzibati Xətalar Məcəlləsində bu qanundan irəli gələn vəzifələrin icra olunması məsələləri müzakirə olunur.

{nl}

Bu vəzifələrin icrasında müəyyən problemlərin mövcud olduğunu deyən H.Rəcəbli cəzalandırılma mexanizminin Azərbaycan reallıqlarına uyğunlaşdırılmasının da ən aktual problem olduğunu vurğulamışdır. Millət vəkilinin sözlərinə görə, hazırda bu sahədə Türkiyənin təcrübəsi öyrənilir.

{nl}

Konfransda məlumat verilmişdir ki, siqaret çəkən insanların əksəriyyəti ağ ciyər xərçəngi, xroniki bronxit, emfizema, ürək-damar xəstəliklərinə düçar olur. Tütün həm çəkənin özünün, həm də ətrafda olan insanların sağlamlığına güclü zərbə vurur.

{nl}

Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti Nurlan Əliyev tədbirin əsas məqsədinin əhalinin diqqətinin bu aktual problemə cəlb etmək olduğunu bildirmişdir. O, "Azərbaycanda tütünçəkmə ilə mübarizə Milli Strategiyanın hazırlanması" layihəsi haqqında məlumat verərək demişdir ki, layihə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin "Blumberq" İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilir. Birillik layihənin icrasına 2009-cu ilin oktyabr ayında başlanmışdır.

{nl}

Konfransda bu problemin həllində cəmiyyətin də mübarizə aparmasının zəruriliyi vurğulanmışdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında