DİN-in əməkdaşları qarşıdan gələn bayramlar ərəfəsində qaçqın və məcburi köçkünlərlə görüşmüşlər

Dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə nazirliyin təmsilçilərindən ibarət heyət Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdür.

Dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə nazirliyin təmsilçilərindən ibarət heyət Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdür.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Əsgər Ələkbərov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurdlarından didərgin düşmüş insanlara çatdırmış, bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmışdır.

Ümummilli liderimizin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini demişdir ki, ölkəmizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərləri qarşısında əsas vəzifə kimi qoymuşdur. Sonra o, sosial müdafiəyə ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışmışdır.

Bildirilmişdir ki, bu gün bölgədə həlledici söz sahibi olan  Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada gedən bütün proseslərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyur.

İqtisadi potensialımızın, siyasi çəkimizin durmadan artdığını xüsusi vurğulayan nazir müavini qarşımızda duran əsas məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonun qəbuledilməzliyini, xalqımızın iradəsinə və ordumuzun gücünə arxalanaraq respublikamızın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə dövlətimizin başçısının qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmış, problemin ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini bildirmişdir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışmış, bu rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür etmişdir.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Azərbaycan Prezidentinin fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini, məhz dövlətimizin başçısının apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.  

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllü topladıqları vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılmışdır. Vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında