Azərbaycanın və İranın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 27-də İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Möhsün Pakayin ilə görüşmüşdür.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 27-də İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Möhsün Pakayin ilə görüşmüşdür. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir yeni təyinat və qarşıdan gələn əlamətdar bayramlar münasibətilə səfiri təbrik etmiş, ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Daha sonra R.Usubov müstəqilliyimizin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş nəticələrdən danışmışdır. Qeyd olunmuşdur ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ölkəmizdəki əcnəbilərin, o cümlədən İran  vətəndaşlarının da təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, Azərbaycan iqtisadiyyatına külli miqdarda sərmayə qoymalarına əlverişli şərait yaratmışdır.

Müstəqilliyimizi ilk tanıyan ölkələrdən birinin qonşu İran dövləti olduğunu xatırladan daxili işlər naziri ümummilli liderimizin İran-Azərbaycan münasibətlərinin qurulmasına böyük önəm verdiyini, qədim tarixə və mədəniyyətə malik xalqlarımız arasında bütün sahələrdə münasibətlərin daha da genişləndiyini diqqətə çatdırmışdır. Ulu öndərin xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir demişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri nəticəsində əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir.

Qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin aktuallığını diqqətə çatdıran Ramil Usubov əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd etmişdir.

Möhsün Pakayin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimizin müvafiq strukturları arasında əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulamışdır. Səfir təmsil etdiyi ölkənin daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın dəvətini general-polkovnik Ramil Usubovun diqqətinə çatdırmışdır.

İşgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında