Lerikin kəndlərinə mavi yanacaq verilmişdir

Dağlar diyarı Lerikin bir sıra yaşayış məntəqəsinin qazlaşdırılması üzrə işlər sürətlə davam edir.

Dağlar diyarı Lerikin bir sıra yaşayış məntəqəsinin qazlaşdırılması üzrə işlər sürətlə davam edir. Bu günlərdə rayonun Piran, Anbu, Hamarmeşə, Rvarud və Andurma kəndlərinin sakinləri evlərinə mavi yanacaq verilməsinin sevincini yaşamışlar.

Açılış mərasimində qeyd olundu ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Piran kəndində qısa vaxt ərzində müxtəlif diametrli metal borularla 2170 metr, yeraltı polietilen borulardan istifadə etməklə 5440 metr daşıyıcı, həmçinin 192 abonentin evinə 6471 metr daxili qaz xətləri çəkilmişdir. Ümumilikdə isə beş kənd üzrə 494 abonent üçün xətt çəkilmiş, sayğac qoyulmuşdur. Yeni il ərəfəsində rayonun sakinlərinə bayram sevinci bəxş etdiyinə görə dövlət başçısına minnətdarlıq hissləri ifadə edildi.

Sonra Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kəndlərin sakinlərini təbrik etdilər. Azərbaycan Prezidenti  İlham Əliyevin qayğı və diqqəti ilə respublikada əldə olunan uğurları, sosial sahədə nail olunan inkişafı diqqətə çatdırdılar.

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov kənd sakinlərini mavi yanacağın verilməsi və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibəti ilə təbrik etdi. İlk dəfə cənab İlham Əliyevin tapşırığı ilə 2006-cı ildə Lerik şəhərinə qaz xəttinin çəkildiyini, ötən il 6 kəndə, indi daha 5 kəndə təbii qaz verildiyini, bir neçə kənddə isə qazlaşdırma işlərinin sürətlə aparıldığını bildirdi. O, son illər ölkə Prezidentinin qayğı və diqqəti, Dövlət Neft Şirkətinin rəhbərliyinin köməkliyi ilə rayonda aparılan tikinti-quruculuq işlərinin leriklilər tərəfindən böyük razılıqla qarşılandığını vurğuladı.

Sonra Piran kənd sakinləri Aydın Şükürov, Əfqan Höccətov, Anbu kənd sakinləri Hüseynağa Əhmədov, Bəylər Kərimov və başqaları çıxış edərək bu qarlı-şaxtalı qış günlərində onların evlərinə hərarət bəxş edənlərə minnətdarlıqlarını bildirdilər. Anbu kəndində birinci qrup Qarabağ müharibəsi əlilinin ailəsinə icra hakimiyyəti adından qaz pilitəsi hədiyyə edildi.

Alqış sədaları altında məşəllə təbii qaz yandırıldı. Qonaqlar evlərdə mavi yanacağın istifadəyə verilməsi tədbirlərində də iştirak etdilər.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında