Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar 2012-ci il mayın 31-də elan olunmuş müsabiqəyə yekun vurulmuşdur.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış 51 namizədin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 47 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplamışdır.
2002-ci ildən başlamaqla mütəmadi olaraq keçirilən və sayca 11-ci olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbul olunması respublikamızda reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur. Builki nəticələr də nəzərə alınmaqla tam şəffaf prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 546 gənc hüquqşünas hazırda Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 52 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilmiş gənclər səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkilmişlər.
Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq üçün namizədlər 2013-cü il yanvarın 8-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az www.prokurorluq.gov.az), “Qəbul otağı”nda və AzərTAc-ın saytında yerləşdirilmişdir.
* * *
Prokurorluğa işə qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlərin
S i y a h ı s ı
№ Namizədin soyadı, adı, atasının adı
1. Abbasov Elvin Əliqulu oğlu
2. Abbasov Hilal Mehti oğlu
3. Abdullayev İlkin Qismət oğlu
4. Ağarəhimov Pərvin Mübariz oğlu
5. Babayev Xanlar Çingiz oğlu
6. Bayramov Yasin Rasim oğlu
7. Cabbarov İsgəndər Məmməd oğlu
8. Cəbrayılov Elşad Vaqif oğlu
9. Dadaşov Fərid Zəmani oğlu
10. Əfəndiyev Zaur Abdulməcidoviç
11. Əhmədova Aytəkin Teymur qızı
12. Ələkbərov Anar Akif oğlu
13. Əliyev Namiq Qadir oğlu
14. Firəliyev Vidadi Vaqif oğlu
15. Hacıqayıbov Amirxan Nadir oğlu
16. Hacıyev Orxan Sərvan oğlu
17. Hacıyev Ziya Əli oğlu
18. Həsənov Kamran Asəf oğlu
19. Həsənova Təhminə Hüseyn qızı
20. Hüseynov Elvin Hüseyn oğlu
21. İlyasbəyli Abbas Bəhmən oğlu
22. İsgəndərov Əsgər Akif oğlu
23. Kələntərov Şahəddin Əhməd oğlu
24. Kərimov Qibləli Ağa oğlu
25. Qarayev Teymur Fəxrəddin oğlu
26. Qasımov Rəfael Əvəz oğlu
27. Qasımov Rüstəm Sabir oğlu
28. Qazıyev Fərid Aruz oğlu
29. Quliyev Faiq Çingiz oğlu
30. Mahmudov İlkin Xalid oğlu
31. Mansurov Kərəm İsa oğlu
32. Məhərrəmov Kənan Adil oğlu
33. Məhərrəmov Tural Əbülfət oğlu
34. Məhərrəmov Vüqar Sarvan oğlu
35. Məmmədov Anar Azad oğlu
36. Məmmədov Fariz Rais oğlu
37. Məmmədov Xaliq Musa oğlu
38. Məmmədov Məmməd Arif oğlu
39. Məmmədov Tural Şahin oğlu
40. Məmmədov Vasif Qulu oğlu
41. Nəcəfov Samir Vəliyəddin oğlu
42. Rəhimov Müşfiq Rəhim oğlu
43. Rüstəmov Elnur Rəşid oğlu
44. Sadıqov Elçin Natiq oğlu
45. Səfərov Əli Məmməd oğlu
46. Səmədov Orxan Emin oğlu
47. Vəliyev Füzuli Aqil oğlu
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.