Məhkum olunmuş bir sıra şəxslərin əfvi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı icra edilmişdir

Azərbaycan Respublikası Prezidentinin dekabrın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 27-də icra olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin dekabrın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən dekabrın 27-də icra olunmuşdur.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı müvafiq Sərəncamla 87 nəfər əfv olunmuşdur.

Onlardan 79-u cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.

Bundan başqa, dörd nəfər islah işləri cəzasından, 4 nəfər isə cərimə cəzasından azad olunmuşlar.

Əfv olunanlar sırasında İran, Gürcüstan, Türkiyə, Nigeriya və Banqladeş vətəndaşları da vardır.

Əfv Sərəncamının icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman aparatının, dövlət və qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olmuş, Prezident Sərəncamının icrasını vaxtında təmin etmişlər.

Cəzaçəkmə müəssisələrində çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, yenidən cinayət törətməyəcək, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklər.

Bildirilmişdir ki, son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində bir sıra humanist qərarlar qəbul olunmuşdur. Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv Sərəncamı da bu humanist qərarların tərkib hissəsidir. Ölkəmizin başçısının bu humanist addımı yüzlərlə ailəni sevindirmişdir.

Əfv edilmiş şəxslərə azad olunma haqqında sənədlər təqdim edilmişdir.

Cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyevin bu humanist addımını yüksək dəyərləndirmiş, dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında