Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti dekabrın 27-də Moskvaya səfər etmişdir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti dekabrın 27-də Moskvaya səfər etmişdir.

FHN-dən AzərTAc-a bildirmişlər ki, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan Qaldırılması Nazirliyinin dəvəti əsasında həyata keçirilən səfərin məqsədi “Xilasedicilər Günü” münasibətilə Moskvada keçirilən tədbirlərdə iştirak etməkdir.

Tədbir iştirakçıları əvvəlcə Moskva şəhərində xilasedicilərin şərəfinə ucaldılmış abidənin önünə əklil qoymuşlar.

Daha sonra Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin nümayəndə heyətlərinin görüşü olmuşdur.

Görüşdə müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişafının və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin aradan Qaldırılması Nazirliyi arasında əlaqələrin inkişafında fərqləndiklərinə görə qarşılıqlı olaraq təltif edilmiş hər iki nazirliyin əməkdaşlarına medal və döş nişanları təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında