Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərtib olunmuş cədvəl əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasına, Naxçıvan Qarnizonunun Hauptvaxtına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinə və İstintaq Təcridxanasına başçəkmələr həyata keçirmişlər.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərtib olunmuş cədvəl əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasına, Naxçıvan Qarnizonunun Hauptvaxtına və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinə və İstintaq Təcridxanasına başçəkmələr həyata keçirmişlər.

Qrupun üzvləri başçəkmələr zamanı həmin müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmuş, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçirmiş, həmçinin işçi heyətin onlarla rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti vəziyyətini diqqət mərkəzində saxlamışlar.

Həyata keçirilən başçəkmələr zamanı saxlanılan şəxslərlə qrup şəklində və təkbətək çoxsaylı söhbətlər aparılmışdır. Söhbətlər zamanı həmin şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər. Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

Başçəkmələr zamanı bəzi informasiya vasitələrində Məmməd Qurbanov və Nadir Məmmədovun guya incidilmələri ilə bağlı yazılan əsassız məlumatlar öz təsdiqini tapmamışdır. İstintaq Təcridxanasında saxlanılan Məmməd Qurbanov və Nadir Məmmədov saxlanma şəraitindən, o cümlədən onlara qarşı rəftardan narazılıq etməmişlər. Göründüyü kimi, bu barədə “hüquq müdafiəçilərinin” əsassız məlumatları boş hay-küydən başqa bir şey deyildir.

Saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onlara hüquq və vəzifələri, həmçinin “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müddəaları haqqında ətraflı məlumat verilmişdir.

26 dekabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında