“Polad təqaüd” layihəsinin qalibləri müəyyən edilmişdir

“Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyi “Polad təqaüd” adlı yeni sosial layihəsini reallaşdırmağa başlamışdır.

“Azərbaycan Metallurqlar  Cəmiyyəti” İctimai Birliyi “Polad təqaüd” adlı yeni sosial layihəsini reallaşdırmağa başlamışdır. “Baku Steel Company” MMC-nin dəstəyi  ilə həyata keçirilən layihə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün nəzərdə tutulmuşdur.

AzTU-dan AzərTAc-a bildirmişlər ki, həmin layihə çərçivəsində  keçirilən müsabiqədə uğur qazanan tələbələrə müəyyən məbləğdə   təqaüd ayrılacaqdır. Metallurgiya sahəsində ixtisaslı kadrların hazırlanmasında maraqlı olan “Baku Steel Company” MMC gələcəkdə həmin tələbələrin xaricdə təhsil alması və işlə təmin olunması məsələsini də öhdəsinə götürmüşdür.

İki  mərhələdə keçirilmiş müsabiqədə AzTU-nun beş fakültəsindən 62 tələbə “Polad təqaüd” uğrunda mübarizə aparmış,   16 tələbə qalib hesab edilmişdir.

“Baku Steel Company” MMC-nin Müşahidə Şurası  nümayəndələrinin iştirakı ilə dekabrın 27-də Azərbaycan Texniki Universitetində layihənin qalibləri ilə görüş keçirilmişdir.

Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov  ölkəmizdə metallurgiya sənayesinin inkişafından və həmin sahə üçün yüksək ixtisaslı kadrlar  hazırlanmasının əhəmiyyətindən  danışmışdır.

“Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyinin sədri, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının rəhbəri Rasim Məmmədov ölkəmizdə metallurgiya sənayesinin inkişaf perspektivlərindən söz açaraq demişdir ki, hazırda sənayenin bu sahəsinin inkişafı ilə əlaqədar geniş proqram həyata keçirilir. Daşkəsəndə Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatı və Zəylik alunit mədənində filiz istehsalının intensivləşdirilməsi və   Gəncə şəhərində yeni metallurgiya müəssisələrinin yaradılması ilə  bağlı proqramlar həyata keçirilir. İstehsalat sahələrini yüksək ixtisaslı  kadrlarla təmin etmək hazırda aktual məsələlərindəndir. 

Layihənin qaliblərinə sertifikatlar və elektron təqaüd kartları təqdim olunmuşdur.

Görüşdə “Baku Steel Company” MMC ilə AzTU arasında  əməkdaşlığa dair müqavilə imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında