Bir il ərzində muxtar respublikada inşa olunan 14-cü kənd mərkəzi Qorçuluda istifadəyə verilmişdir

Muxtar respublika kəndlərinin ictimai və mədəni həyatında mühüm rol oynayan müxtəlif təşkilatların müasir standartlara cavab verən kənd mərkəzlərində yerləşdirilməsi bir tərəfdən idarəetmənin səmərəli təşkilinə şərait yaradırsa, digər tərəfdən kənd sakinlərinin yaranmış problemlərini qısa zamanda həll edilməsinə imkan verir.

Muxtar respublika kəndlərinin ictimai və mədəni həyatında mühüm rol oynayan müxtəlif təşkilatların müasir standartlara cavab verən kənd mərkəzlərində yerləşdirilməsi bir tərəfdən idarəetmənin səmərəli təşkilinə şərait yaradırsa, digər tərəfdən kənd sakinlərinin yaranmış problemlərini qısa zamanda həll edilməsinə imkan verir.

Dekabrın 27-də daha bir kənd mərkəzinin - Qorçulu Kənd Mərkəzinin açılışı       olmuşdur.

Açılış tədbirində kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl İbrahimov çıxış edərək bildirmişdir ki, bu gün Qorçulu kəndi abad yaşayış məntəqələrindən birinə çevrilmişdir. Aparılan quruculuq işləri nəticəsində kəndin siması tamamilə dəyişmiş, sakinlərin rahatlığına xidmət edən müasir infrastruktur yaradılmış, məşğulluq səviyyəsi yüksəldilmişdir. Qeyd olunmuşdur ki, Qorçulu kəndində əhalinin əksər hissəsi kənd təsərrüfatı ilə məşğul olur. 2009-cu ildə “Qorçulu” nasos stansiyasının istifadəyə verilməsi ilə 100 hektardan artıq torpaq sahəsində suvarma tədbirləri yaxşılaşdırılmışdır. Həmçinin bu il dövlət tərəfindən kənd sakinlərinə 18 min manat kredit verilmişdir. Verilən kreditlər və    yaradılan şərait nəticəsində əkilən torpaqların sahəsi genişləndirilmiş, bol məhsul götürülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali      Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Qorçulu kəndində həyata keçirilən tədbirlər, aparılan kompleks quruculuq işləri ölkəmizin inkişafının konkret bir kəndin timsalında nümunəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, tikinti-quruculuq işləri aparılır, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Son illər Qorçulu kəndində də insanların rahat yaşayışı üçün lazımi tədbirlər görülmüş, inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, nasos stansiyası istifadəyə verilmiş, sakinlərin sosial-rifah halı yüksəldilmişdir. Bu gün isə kənddə müasir məktəb binası, əsaslı şəkildə yenidən qurulan avtomobil yolu, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Bundan başqa, hər il dövlətimiz tərəfindən kənd sakinlərinə güzəştli şərtlərlə kreditlər verilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi göstərilir, əkin sahələrinin hər hektarının becərilməsi üçün torpaq mülkiyyətçilərinə 40 manat yardım verilir, tələb olunan gübrənin dəyərinin 50 faizi dövlət tərəfindən ödənilir. Bu da kənd əhalisinin məşğulluğunun təmin olunmasına, fərdi təsərrüfatların genişləndirilməsinə, torpaq sahələrinin əkilməsinə və bol məhsul istehsalına səbəb olmuşdur”.

Ali Məclisin Sədri daha sonra demişdir: “Kəndin abadlaşması, inkişafı bundan sonra da davam etdirilməlidir. Kənd sakinləri yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qorumalıdırlar. Göstərilən dövlət qayğısının müqabilində əkilən torpaqların sahəsi genişləndirilməli, Qorçulu kəndinin sakinləri ölkəmizin inkişafına öz töhfələrini verməlidir”.

Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kənd əhalisinə uğurlar arzulamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.

İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi və 60 yerlik zal      yerləşir.

Mərkəzdə dövlət qurumlarının fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmış, rabitə evində Qorçulu və Muğanlı kəndlərində 130 abonentə xidmət göstərən 176 nömrəlik elektron ATS quraşdırılmış, yeni poçt bölməsi istifadəyə verilmişdir. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün də 3 iş otağı yaradılmış, lazımi dərman preparatları və peyvənd çantaları qoyulmuşdur.

Bildirilmişdir ki, yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Binanın həyətində abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmiş, kəndin mərkəzində şəhid Zeynalabdin Zeynalovun büstü qoyulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında