Yeni media erasının dəyərləri

Dünən "Hyatt" konfrans mərkəzi"ndə Avropa Yayım Birliyinin və Norveç İctimai Yayımçılarının dəstəyi ilə Azərbaycan Media Mərkəzinin bu mövzuda keçirdiyi konfrans və seminarda çağdaş media dəyərləri baxımından ölkəmizdə söz və mətbuat azadlığının durumu - uğurlar və problemlər geniş diskussiya mövzusu oldu.
Konfransı giriş sözü ilə açan Avropa Yayım Birliyinin baş direktoru İngirid Deltantr Avropa ölkələrində önəm verilən "yeni media erası"nın dəyərlərini açıqladı, maneəsiz informasiya əldə edilməsi və yayılması, məlumatın obyektiv və qərəzsiz olması, jurnalist peşəkarlığı kimi aktual məsələlərə münasibətini bildirdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmiz dövlət müstəqilliyi qazanandan sonra həyata keçirilən demokratik islahatlar, vətəndaşların söz və mətbuat azadlığının təmin olunması ilə bağlı reallaşdırılan tədbirlər barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, Azərbaycanda hər kəsin kütləvi informasiya vasitələrində öz fikrini azad surətdə cəmiyyətə çatdıra bilməsi tarixi reallıqdır. 300-dən artıq dövri nəşr əhalinin maneəsiz informasiya almaq, istədiyi sözü yaymaq hüququnun xidmətindədir.
Azərbaycan MDB məkanında yeganə ölkədir ki, qəzet-jurnallar lisenziyasız fəaliyyət göstərir. Dövlət medianın üzləşdiyi çətinlikləri daim diqqətdə saxlayır və onların aradan qaldırılmasına çalışır. Azərbaycan mediasının durumu ilə bağlı narahatlıq doğuran məsələlər ardıcıl aradan qaldırılır. Ölkə rəhbərliyi tərəfindən KİV-in iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması, mediada peşəkarlığın yüksəldilməsi ilə bağlı fəal siyasət həyata keçirilir.
Bununla yanaşı, dövlətimiz KİV-in fəaliyyətinə kənar təsirləri, medianın siyasiləşməsini, kütləvi yayım vasitələrində vətəndaşların şəxsi həyatına nüfuz edilməsini, onların şərəf və ləyaqətinin alçaldılmasını yolverilməz hesab edir. Ölkəmiz yeni media erası dəyərlərinə sadiqliyini atdığı yeni addımlarla sübuta yetirir. Yaxın gələcəkdə Azərbaycanın media sahəsində problemlərin həll edildiyi bir dövlət kimi tanınacağı şəksizdir. Belə tədbirlər, diskussiyalar ölkəmizdə KİV-in üzləşdiyi çətinlikləri sürətlə aradan qaldırmağa, milli jurnalistikamızı çağdaş dəyərlərə qovuşdurmağa kömək edir.
Diskussiyalarda ölkəmizdə medianın durumu, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı gerçəklik, ictimai yayımların fəaliyyəti, internet resurslarının inkişafı, jurnalist peşəkarlığı, diffamasiya haqqında qanunun qəbul olunması, həbsdə olan jurnalistlərin əfv olunması kimi məsələlər diqqət mərkəzində oldu. Ortaya çıxan sualları Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev, ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev cavablandırdılar.
Nahardan sonra keçirilən seminarda rəqəmsal media, medianın çuğlaşması, vebsaytlar, jurnalistikada cari yeniliklər, qrup işi, sosial media mövzuları üzrə geniş fikir mübadiləsi aparıldı. Avropa dəyərləri və Azərbaycan gerçəkliyi nəzərə alınmaqla, təklif və tövsiyələr səsləndi.
Konfransda və seminarda diskussiyaları tanınmış İsveç jurnalisti, İsveç Maarifçi Yayımının baş direktoru Erik Fichtelius aparırdı.
Seminar sabah "Yeni zaman, köhnə dəyərlər" mövzusunda davam etdiriləcək.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında