ABŞ-ın Azərbaycandakı səfirliyi viza almaq üçün sənədlərin təqdim edilməsi qaydalarını dəyişmişdir

AzərTAc xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi dekabrın 27-də Amerika mərkəzində tədbir keçirmişdir. Tədbirin məqsədi Amerikaya viza alınmasının yeni qaydaları barədə məlumat yaymaq idi.

AzərTAc xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi dekabrın 27-də Amerika mərkəzində tədbir keçirmişdir. Tədbirin məqsədi Amerikaya viza alınmasının yeni qaydaları barədə məlumat yaymaq idi.

ABŞ səfirliyi yanında Konsul şöbəsinin konsulu Erik Morin tədbirdə çıxış etmişdir. O, viza alınması proseduruna edilmiş dəyişikliklər haqqında ətraflı məlumat vermişdir.

Yeni qaydalar qısamüddətli vizalar üçün sənədlərin təqdim edilməsi prosedurunu sadələşdirmək məqsədi güdür. Belə ki, indi viza almaq istəyən hər kəs bunun üçün sifariş formasını onlayn rejimdə doldurmaq və qəbul üçün ona münasib vaxtı seçmək imkanına malik olacaqdır. Vizanın haqqının ödənilməsi sistemində də dəyişikliklər olmuşdur. İndi viza alanlar müvafiq məbləği ödəmək üçün üç variantın hər hansı birini seçə bilər - “Standard” bankının istənilən filialından bank köçürməsi; kredit kartlarından istifadə edilməklə telefon vasitəsilə köçürmə və istənilən bankda köçürmə yolu. E.Morin bu yeniliklər haqqında məlumat verərək vurğulamışdır ki, ABŞ-a getmək istəyən adamların sayının artmasını nəzərə alaraq bu cür yeniliklər tətbiq edilməsi zəruridir. Diplomatın sözlərinə görə, bu il ABŞ-a səfər etmiş adamların sayı keçənilki ilə müqayisədə 10 faiz artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında