Metanol mobil şəbəkələrin enerji təchizatını təmin edə bilər

Nokia Siemens Networks və Ballard Power Systems şirkətləri bəyan ediblər ki, onlar elektrik kəsintisi zamanı mobil şəbəkələri işlək vəziyyətdə saxlamaq üçün metanol əsaslı yanacaq elementlərindən istifadə etməyi planlaşdırırlar və bu texnologiyanın sınaqdan keçirilməsi üçün NTT DoCoMo mobil operatoru ilə əməkdaşlıq edirlər.

Nokia Siemens Networks və Ballard Power Systems şirkətləri bəyan ediblər ki, onlar elektrik kəsintisi zamanı mobil şəbəkələri işlək vəziyyətdə saxlamaq üçün metanol əsaslı yanacaq elementlərindən istifadə etməyi planlaşdırırlar və bu texnologiyanın sınaqdan keçirilməsi üçün NTT DoCoMo mobil operatoru ilə əməkdaşlıq edirlər.

Metanol əsaslı yanacaq elementləri elektrik enerjisi olmadıqda onlar mobil şəbəkələrin enerji təchizatını təmin edə bilər.

Elektrik kəsintisi şəraitində baza stansiyalarının işləyə bilməsinin vacibliyi ABŞ-ın şərq sahillərini çənginə alan Sendi qasırğasından sonra yenidən aktuallaşıb. Nokia Siemens və Ballard şirkətləri bildirirlər ki, metanol əsaslı yanacaq elementləri bugünkü qəza qidalanma akkumulyatorlarına və dizel generatorlarına alternativ enerji mənbəyi kimi uğurla istifadə oluna bilər.

Metanolla işləyən yanacaq elementləri ətraf mühitə ziyan vurmur, sakit işləyir və dizel generatorları ilə müqayisədə daha qənaətlidir. Bundan əlavə, qəza qidalanma akkumulyatorlarından fərqli olaraq, onlar daha az yer tutur və daha yüngüldürlər.

Adıçəkilən şirkətlər tərəfindən işlənib hazırlanmış layihədə bir metanol çəni baza stansiyasının və yanacaq elementlərinin təxminən 40 saat işləməsini təmin edir. Bu isə bir saatda təxminən 5,6 litr metanol sərfi deməkdir. Doğrudur, dizel generatorlarında analoji sərfiyyat saatda təxminən üç litr təşkil edir. Lakin yanacaq elementlərinin üstünlüyü ondadır ki, dizel generatorları daha çox texniki qulluq tələb edir və dizel yanacağı metanoldan üç dəfə bahadır. Nokia Siemens apardığı araşdırmalarda belə qənaətə gəlib ki, elektrik enerjisinin fasiləsiz axınını nəzərdə tutan yanacaqlardan ən münasib olanı metanoldur.

Yanacaq elementləri layihəsinin hərəkətverici qüvvəsi Yaponiyanın NTT DoCoMo şirkət Yokosuka şəhərində yerləşən Yaponiya Tədqiqatlar parkında baza stansiyasının və yanacaq elementlərinin birləşdirilməsini sınaqdan keçirib. Yeni sistem Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi tərəfindən də bəyənilib. Qeyd etmək lazımdır ki, maye metanolu elektrik enerjisinə çevirən yanacaq elementləri həm də telefonların qidalanması və batareyalarının doldurulması üçün istifadə olunur.

K.OKTAYOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında