Ədliyyə işçiləri Qubada soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət etmişlər

Ədliyyə Nazirliyi əməkdaşlarının bir qrupu Qubada ermənilərin törətdiyi qanlı soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət etmiş, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anmışlar.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmiş, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş tarixi faktlar açılmışdır. Xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı tariximizin qanlı səhifələrindən birini təşkil etmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət aldıqdan sonra erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və məqsədyönlü işlər aparılmışdır.
Qubada aşkar edilmiş kütləvi məzarlıq erməni terrorçularının xalqımıza qarşı törətdikləri qanlı faciənin bariz nümunəsidir. Bununla əlaqədar ölkə Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Qubada "Soyqırımı memorial kompleksi"nin yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan tarixinin qanlı səhifəsi olan soyqırımı faktları Ədliyyə Nazirliyində daim diqqət mərkəzində saxlanılır. Nazirliyin kollegiya qərarı ilə bu tarixi gerçəkliyin heç zaman unudulmaması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması üzrə zəruri tədbirlər müəyyən olunmuşdur. Azərbaycan ədliyyəsinin tarixi muzeyində həmin hadisələrə həsr olunmuş xüsusi bölmə yaradılmışdır. Ədliyyə Akademiyasının tədris proqramına müvafiq mövzular daxil edilmiş, nazirliyin mətbu nəşrlərinin və internet saytının imkanlarından səmərəli istifadə olunmaqla digər təbliğati işlər görülmüşdür.
Kütləvi məzarlıqda əməkdaşlara məlumat verilmişdir ki, qazıntılar zamanı burada ermənilər tərəfindən xüsusi amansızlıqla, küt alətlərlə öldürülmüş yüzlərlə uşaq, qadın, ahıl insan cəsədlərinin qalıqları aşkar edilmişdir.
Sonra nazirliyin kollektivi Qubada ulu öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyinə gəlmiş və eksponatlarla tanış olmuşlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında