Azərbaycan Xəzərdə hərbi imkanların artırılması ilə bağlı irimiqyaslı proqram həyata keçirəcək

Azərbaycan hərbi donanmanın müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı 2014-cü ildə irimiqyaslı proqram həyata keçirməyə başlayacaq.

Azərbaycan hərbi donanmanın müasirləşdirilməsi və Xəzər dənizində hərbi imkanların artırılması ilə bağlı 2014-cü ildə irimiqyaslı proqram həyata keçirməyə başlayacaq.

APA-nın məlumatına görə proqram çərçivəsində yeni döyüş və dəstək gəmilərinin, yüksək sürətli katerlərin, kiçik ölçülü dənizaltıların, insansız sualtı vasitələrin alınması, yeni bazaların yaradılması, hərbi donanmanın aviasiya dəstəyinin artırılması və s. həyata keçiriləcək. Artıq bu məqsədlə indidən bəzi sifarişlərin yerləşdirilməsinə başlanıb.

Yeni gəmilərin silahlandırılması üçün 2010-cu ildə Rusiyaya 75 milyon dollar dəyərində “Uran-E” raket kompleksləri sifariş verilib ki, bu sistemlərin çatdırılması 2014-cü ilə nəzərdə tutulur. Bundan başqa, ölkə ərazisindəki müəssisələrdə müxtəlif qabaritli (16-45 metrlik) katerlərin tikintisinə dair Türkiyə və Ukraynadan olan bir sıra şirkətlərlə görüşlər keçirilir.

Proqram çərçivəsində ölkədə gəmi inşası sənayesinin yaradılması, habelə bu sahədə istifadə olunan bir sıra avadanlıqların, silah sistemlərinin yerli müəssisələrdə istehsalı həyata keçiriləcək.

Ümumilikdə rəsmi Bakı 2020-ci ilə qədər hərbi donanmanı yeni gəmilər hesabına gücləndirməyi, donanmanın inventarında olan, yaşı 40-ı keçmiş gəmiləri arsenaldan çıxarmağı planlaşdırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında