Siyəzəndə Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarının təməli qoyulmuşdur

Siyəzən şəhərində Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yeni inzibati binalarının təməli qoyulmuşdur.

Siyəzən şəhərində Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yeni inzibati binalarının təməli qoyulmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mərasim keçirilmişdir.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdə, o cümlədən rayonda gedən inkişafdan, görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, bu sürətli inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi tərəqqi nəticəsində mümkün olmuşdur.

Qeyd edilmişdir ki, təməli qoyulan binalar ikimərtəbəli olacaqdır. Mərkəzdə 350 yerlik iclas, 120 yerlik konfrans zalları, Heydər Əliyev Muzeyi yaradılacaqdır. Ekspozisiyada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın sosial-iqtisadi inkişafında, dövlətimizin dünyadakı mövqelərinin möhkəmlənməsində, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində ümummilli liderin misilsiz xidmətlərini əks etdirən fotolar və eksponatlar nümayiş etdiriləcəkdir. Sərgi salonunda isə vernisajlar, tematik tədbirlər təşkil ediləcəkdir.

Hər iki binanın tikintisi 2013-cü ildə başa çatdırılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında