“Azadlıq” radiosunun prezidenti vəzifəsindən azad edilmişdir

“Azadlıq” və “Azad Avropa” radiostansiyalarının prezidenti Stiven Korn “yolverilməz səhvlər buraxdığına” və “Moskva redaksiyasının dağılmasına” görə öz vəzifəsindən azad edilmişdir.

“Azadlıq” və “Azad Avropa” radiostansiyalarının prezidenti Stiven Korn “yolverilməz səhvlər buraxdığına” və “Moskva redaksiyasının dağılmasına” görə öz vəzifəsindən azad edilmişdir. O, 2013-cü ilin fevralınadək öz postunu tərk edəcəkdir. Bu barədə cari il dekabrın 25-də “Kommersant-online” internet səhifəsində (http://kommersant.ru/doc/2098002)  xəbər verilmişdir.

Cənab Kornun işdən azad olunması qərarını dekabrın ortalarında ABŞ-ın xarici siyasi təbliğat vasitələrinə başçılıq edən Amerika Verilişlər üzrə Müdirlər Şurası qəbul etmişdir. Şuranın üzvləri cənab Kornun radiostansiyanın tamamilə dağılmasına gətirib çıxarmış fəaliyyətindən narazıdırlar.

Şuranın üzlərindən biri olan Viktor Eş demişdir: “O bir sıra yolverilməz səhvlər buraxmış və kadrlarla çox pis işləmişdir”. Korndan başqa, bu məsələdə “Azadlığın” rus xidmətinin direktoru Maşa Hessen də təqsirləndirilir.

“Azadlıq” radiosunun keçmiş əməkdaşı Mixail Sokolov Stiven Kornun istefasını hər şeydən əvvəl onun “Azad Avropa”/"Azadlıq" radiosunun  başçısı kimi qeyri-professional siyasəti ilə əlaqələndirir. O demişdir: “Maşa Hessen rus xidmətinin direktoru təyin edildikdən sonra radiostansiyanın saytı oxucularının 2/3 hissəsini itirmişdir, qazax xidmətində isə siyasi baxımdan qeyri-korrekt videoroliklərlə bağlı qalmaqallar olmuşdur. Mən əminəm ki, onun qəribə və ədalətsiz qərarları ləğv ediləcəkdir”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında