Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 337 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilmişdir

Dekabrın 24-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilmişdir.

Dekabrın 24-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilmişdir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov dövlət başçısının Fərmanı ilə komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışaraq bildirmişdir ki, artıq müvafiq meyarlara uyğun olan və Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına başlanılmışdır.

 Qeyd olunmuşdur ki, komissiyanın qəbul etdiyi qərarlarda müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət etmiş və döyüşlərdə yaralanmış hərbçilər ilk növbədə nəzərə alınır.

İclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş hərbi qulluqçuların yeni siyahısına baxılmış, mənzil almağa namizəd olan hərbi qulluqçuların siyahısı üzrə dəqiqləşdirilmələr aparılaraq 337 nəfər hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilmişdir.

Bununla da bu günədək komissiya tərəfindən 411 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilmiş və artıq müvafiq mənzillər 50 hərbi qulluqçunun mülkiyyətinə verilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında