Nəsimi rayonunda yeni idman meydançası və park istifadəyə verilib

Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da idman yarışları, tədbirlər və müxtəlif işlər həyata keçirilmişdir.

Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da idman yarışları, tədbirlər və müxtəlif işlər həyata keçirilmişdir.

Dünən rayonda “İdman ili”nin yekunu kimi 4-cü mikrorayon ərazisində inşasına ilin əvvəlində başlanmış idman meydançası və park istifadəyə verilmişdir.

 Müasir standartlara cavab verən idman meydançasında futbol, voleybol, basketbol və qaçışla məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Burada müasir işıqlandırma sistemi və 500-dən çox tamaşaçı tutumu olan tribunalar qurulmuşdur. Meydança idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi üçün lazımi avadanlıqlarla təchiz edilmiş, ətraf ərazidə genişmiqyaslı abadlıq işləri aparılmışdır.

İdman meydançasının yaxınlığında bir hektara yaxın ərazidə yeni istirahət parkı inşa edilmişdir. Parkda geniş yaşıllıq zolaqları yaradılmış, 1500-dən çox ağac, gül kolları və dekorativ kollar, 3 min kvadratmetrdən artıq sahəyə qazon əkilmişdir. Burada 2500 kvadratmetr sahəyə milli ornamentlərə uyğun daş plitə döşənmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, rahat oturacaqlar, müxtəlif uşaq oyun elementləri yerləşdirilmişdir. Bununla yanaşı, idman meydançası və parkın yaxınlığında yerləşən yaşayış binasının həyətində abadlıq işləri görülmüş, oturacaqlar və uşaq oyun elementləri qoyulmuş, ağaclar əkilmiş, yeni işıqlandırma sistemi yaradılmışdır.

İdman meydançası və parkın açılış mərasimində çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev sakinləri və idmasnçıları təbrik etmiş, onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə edilir, idmançılarımız dünya və Avropa səviyyəsində keçirilən müxtəlif yarışlarda uğurlar qazanaraq ölkəmizin adını yüksəklərə qaldıraraq onun nüfuzunu artırırlar. Azərbaycanda hər il çox sayda müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, idman-sağlamlıq mərkəzləri, stadionlar, müxtəlif idman obyektləri istifadəyə verilir və bunlar idmanın inkişafına, sağlam həyat tərzinin bərqarar olmasına, gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsinə öz töhfəsini verir.

Sonra gənclər və idman naziri Azad Rəhimov və Milli Məclisin deputatı Ziyad Səmədzadə çıxış edərək yeni idman obyektinin istifadəyə verilməsi ilə əlaqədar sakinləri təbrik etdilər və öz arzularını bildirdilər.

Bayramsayağı bəzədilmiş parkda rayon məktəblilərinin müxtəlif idman yarışlarında aldıqları medal, diplom və fəxri fərmanlar nümayiş etdirildi.

Tədbirdə Milli Məclisin deputatları Aytən Mustafayeva, Asim Mollazadə, Ülvi Quliyev, Olimpiya çempionu Fərid Mansurov iştirak edirdilər.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında