“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində hesabat iclası keçirilmişdir

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında təşkilatın 2012-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilmişdir.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında təşkilatın 2012-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilmişdir.

APA-nın məlumatına görə, icmanın rəhbəri Bayram Səfərov iclas iştirakçılarına görülən işlər barədə ümumi məlumat vermişdir. İcmanın Analitik-informasiya mərkəzinin rəhbəri Elçin Əhmədov 2012-ci ilin birinci yarısında İctimai Birlik tərəfindən həyata keçirilən tədbirlər və görüşlər haqqında məruzə etmişdir.

Təşkilatın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov icmanın əlaqələndirmə şurasının sədri seçildiyi vaxtdan keçən dövr ərzində həyata keçirilmiş işlər barədə danışmışdır. O, 2012-ci ilin ikinci yarısında icmanın həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə və 2013-cü il üçün qarşıda duran vəzifələr haqqında idarə heyəti üzvlərinə ətraflı məlumat vermişdir.

Hesabatlar dinlənildikdən sonra icmanın İdarə Heyətinin üzvü, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir.

İdarə Heyətinin üzvləri, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisinin deputatı Elman Məmmədov çıxış edərək icmanın əvvəlki illərdə görülmüş işlərə nisbətən daha operativ və fəal olduğunu bildirmişlər.Natiqlər icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətin daha səmərəli qurulmasının zəruriliyini vurğulamışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında