“Yaddan çıxmaz Qarabağ” ümumrespublika müsabiqəsinə yekun vuruldu

Dekabrın 21-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı rayon icra hakimiyyəti tərəfindən keçirilən və Qarabağın tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğalçılıq siyasətini əks etdirən “Yaddan çıxmaz Qarabağ” mövzusunda ümumrespublika yazı və telesüjet müsabiqəsinə yekun vurulmuşdur.

Dekabrın 21-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”  İctimai Birliyinin mərkəzi qərargahında Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı rayon icra hakimiyyəti tərəfindən keçirilən və Qarabağın tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğalçılıq siyasətini əks etdirən “Yaddan çıxmaz Qarabağ” mövzusunda ümumrespublika yazı və telesüjet müsabiqəsinə yekun vurulmuşdur. 

Müsabiqəyə 200 nəfərdən artıq iştirakçı qatılmışdır. Münsiflər heyətinin qərarına əsasən Azərbaycan dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Dağlıq Qarabağın Azərbaycanlı İcması analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun “XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin nəticələri” adlı məqaləsi layiq görülmüşdür.

İkinci yerə əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Qarabağ rəssamlıq məktəbinin XIX əsr Azərbaycan təsviri sənətinin inkişafında rolu” məqaləsi, üçüncü yerə isə iki iş: jurnalist Könül Cəfərlinin “Ürək dağlayan əsgər hekayəti: Siqaret, paqon, mərmi...”  və Seymur Həsənlinin “Erməni millətinin mahiyyəti və Qarabağa gedən yol” məqalələri layiq görülmüşdür.

Rus dilində təqdim olunmuş məqalələr üzrə birinci yerə jurnalist Rizvan Hüseynovun “Naş neizvedannıy Naqornıy Karabax. Poezdka v Nargiztepe” məqaləsi layiq görülmüşdür. Jurnalist Bəhram Batıyevin “Boroda intellektualnoqo çudaka Vassermana zaputalas v Karabaxe” adlı məqaləsi ikinci yer, Bakı Slavyan Universitetinin müəllimi Ceyla İbrahimovanın təqdim etdiyi “Nepokoryonnıy Xodjalı” məqaləsi isə üçüncü yer üçün ayrılmış mükafatla təltif edilmişdir.

Müsabiqəyə təqdim olunmuş film və süjetlər üçün birinci yerə Bəxtiyar Qaracanın “Ruhum Qarabağlıdır” filmi, ikinci yer üçün isə iki yer  Elxan Yusiflinin “Savaş bitməyib proqramı”nda şəhid Əfqan Yəhyayev haqqında çəkilmiş Etibar Məmmədovun “Soyqırımı Qaradağlı... davam edir” filmləri layiq görülmüşlər. Qaliblərə mükafatları müsabiqənin keçirilməsi ilə bağlı yaradılmış münsiflər heyətinin sədri, Milli Məclisin deputatı  Elman Məmməddov təqdim etdi.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə iştirak etmiş 6 müəllif  həvəsləndirici mükafatlarla təltif olunmuşdur. “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”  İctimai Birliyi İdarə Heyətinin üzvləri, Xocavənd rayon ictimaiyyəti və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, deputat  Elman Məmmədov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları çıxış etdilər.

Təqdim etmə mərasimindən öncə Xocavənd rayonunun işğalının 20-ci ildönümü ilə bağlı çəkilmiş videoçarxlar nümayiş olundu.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında