Təbii fəlakətin nəticələri aradan qaldırılır

Son günlər yağan güclü leysan yağışları nəticəsində Zərdab rayonunda gərgin vəziyyət yaranmış, bir sıra ciddi problemlər meydana çıxmışdır.
Xüsusilə mart ayının 31-də aramsız yağan yağışlardan sonra Kür və Türyançay çaylarında suyun səviyyəsi normadan çox artmış və bu da qurunt sularının üzə çıxmasına səbəb olmuşdur. Kür boyu yaşayış məntəqələrində, o cümlədən Təzəkənd, İsaqbağı, Tərəvəlli, Şıxbağı, Körpükənd, Böyükdəkkə, Ağabağı və başqa kəndlərdə yüzlərlə fərdi və ictimai binanın həyətləri su ilə dolmuş, gediş-gəliş çətinləşmiş, bir sıra evlərdə çatlar əmələ gəlmişdir.
Zərdab şəhərində vəziyyət xüsusilə ağırdır. Rayon üzrə 500-dən çox kommunal və fərdi yaşayış evinin zirzəmisi su ilə dolaraq qəzalı vəziyyət yaratmışdır.
Hadisədən dərhal sonra Zərdab Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə fövqəladə hallar komissiyasının operativ iclası keçirilmiş, daxili imkanlar hərəkətə gətirilmişdir. Rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Allahverdi Səfərovun verdiyi məlumata görə, rayon ərazisində 50-dən çox müxtəlif həcmli suçəkən nasos vasitəsilə qurunt sularının kollektorlara axıdılması təşkil olunmuş, əlavə hazırlıq tədbirləri görülmüş, vəziyyət az bir vaxtda nəzarətə götürülmüşdür.
Baş vermiş təbii fəlakətlə bağlı dərhal respublika hökumətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Hazırda bütün imkan və səylər təbiətin vurduğu ziyanın qısa müddətdə aradan qaldırılmasına yönəldilmişdir.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında