AZAL 10 yeni helikopter almışdır

İtaliyanın “Finmeccanıca” şirkətinə daxil olan “AgustaWestland” şirkəti Böyük Britaniya və Azərbaycanla ümumi dəyəri 435 milyon avro olan müqavilələr imzalamışdır.

İtaliyanın “Finmeccanıca” şirkətinə daxil olan “AgustaWestland” şirkəti Böyük Britaniya və Azərbaycanla ümumi dəyəri 435 milyon avro olan müqavilələr imzalamışdır.

APA-nın şirkətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Azərbaycan Hava Yolları” (AZAL) ilə imzalanan 115 mln. avroluq müqaviləyə əsasən şirkət Azərbaycana 10 (8 “AW-139s” və 2 “AW-189s” tipli) helikopter satacaq. Onlar ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunacaq.

Şirkətin icraçı direktoru Bruno Spanyoli bildirib ki, bu müqavilə ilə AZAL ən son texnologiyalara və təhlükəsizlik standartlarına sahib çıxacaq: “Bu nailiyyətlə biz regionda gələcək imkanlarımızı qorumuş olduq. “AW-139s” və “AW-189s” helikopterlərinin seçilməsi onların üstünlüyü və beynəlxalq bazarda rəqabətə davamlılığı ilə əlaqədardır”.

 “AgustaWestland”ın kommersiya şöbəsinin vitse-prezidenti Emilio Dalmasso  bildirmişdir ki, şirkətin istehsal etdiyi “AW-139s” helikopterləri dünyanın 60-dan çox ölkəsində istifadə olunur: “Helikopterlər ən son standartlara cavab verir, yüksək göstəricilərə malikdir və onların saxlanılması çox böyük vəsait tələb etmir. Biz qürur duyuruq ki, AZAL öz gələcək ehtiyaclarını qarşılamaq üçün bizimlə əməkdaşlıq etməyi üstün tutub”.

 Qeyd edək ki, “AW-189s” helikopterləri 2011-ci ildən istehsal olunur və əsasən yükdaşımalarda istifadə olunur. Helikopter 16-18 nəfər və 8000 kq yük daşıya bilər. Onun uzunluğu 17,6 metr, maksimal sürəti  saatda 278 kilometrdir. “AW-139s” helikopterləri isə 15 nəfər daşıya bilər. Uzunluğu 13,77 metr, maksimal sürəti saatda 310 kilometrdir. Bu tip helikopterlər müxtəlif əməliyyatlarda istifadə üçün nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında