Azərbaycan Hərb Tarixi Muzeyinin 20 yaşı tamam oldu

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) bu qurumun 20 illiyi münasibətilə geniş toplantı keçirilmişdir. Tədbirdə Müdafiə Nazirliyinin, respublika Silahlı Qüvvələri Baş İnspeksiyasının, ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, Azərbaycan Milli Elmlər Akademiyası Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının, Bakı şəhər veteran şuralarının, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələri iştirak edirdilər.

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) bu qurumun 20 illiyi münasibətilə geniş toplantı keçirilmişdir. Tədbirdə Müdafiə Nazirliyinin, respublika Silahlı Qüvvələri Baş İnspeksiyasının, ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, Azərbaycan Milli Elmlər Akademiyası Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının, Bakı şəhər veteran şuralarının, şəhər muzeylərinin və digər idarə-müəssisələrin  nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə AHTM-in rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov açaraq muzeyin yaranma tarixindən danışdı. Onun sözlərinə görə, Azərbaycan Milli Ordusunun ilk bölmə və hissələri müharibə şəraitində təşkil edilib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, çox keçmədən Dağlıq Qarabağda hərbi təcavüzə başlaması ölkəmizi təcili olaraq ordu yaratmağa və düşmənə müqavimət göstərməyə məcbur etdi. Beləliklə, ilk Azərbaycan hərbi hissələri döyüşə-döyüşə yaradıldı və yaradıla-yaradıla döyüşə atıldı.

Çox keçmədən bu hərb tariximizin yazıya alınmasına başlanıldı. Məşhur qələm adamlarımız Mehman Süleymanovun, Şəmistan Nəzirlinin uğurlu tədqiqatları  və digər müəlliflərin hərb tarixinə  dair  əsərləri yarandı. Belə çətin və şərəfli bir dövrdə milli-hərbi ruhun yüksəldilməsində Hərb Tarixi Muzeyinin yaradılması da mühüm rol oynadı. Azərbaycanın müdafiə nazirinin “Müstəqil Dövlətlər Birliyinin 4-cü ordu qarnizonunun “Döyüş şöhrəti” muzeyinin təhvil verilməsi haqqında” 29 oktyabr 1992-ci il tarixli, 418 saylı əmri verildi. Ehtiyatda olan polkovnikin sözlərinə görə, Müdafiə Nazirliyi Hərbi-Elmi Tədqiqatlar şöbəsinin rəisi, polkovnik Çingiz Məmmədovun sədrliyi ilə komissiya 10 dekabr 1992-ci ildə “Döyüş şöhrəti” muzeyini yeni yaradılan Azərbaycan Hərb Tarixi Muzeyinə təhvil verdi. Beləliklə, AHTM-in əsası qoyulmuş oldu.

Rüfət Əmirov qeyd etdi ki, AHTM, demək olar ki, sıfırdan qurulmağa başlamış və bu illər ərzində böyük inkişaf yolu  keçmişdir. Hazırda muzey 12 zaldan ibarətdir. Bunlardan 11-i muzeyin ziyarətçilərinə xidmət edir. 1 zalda isə son tamamlama işləri aparılır. R.Əmirov muzeydə 439 adda eksponatın qorunub saxlandığını bildirdi.

Sonra Azərbaycan Hərb Tarixi Muzeyinin 20 illiyinə həsr edilmiş film nümayiş etdirildi. Filmdə AHTM-də yaradılmış müxtəlif zalların təsnifatı geniş şəkildə əks etdirilir. Eyni zamanda, tarixi şəxsiyyətlər, o cümlədən Nadir şah, Fətəli xan və digər görkəmli sərkərdələr haqqında da məlumatlar verilir.

Filmin nümayişindən sonra A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri, AHTM-in rəis müavini Hacı Həsənov çıxış edərək qeyd etdi ki, Azərbaycanda qısa müddət ərzində belə bir muzeyin yaradılması Azərbaycanın hərb tarixində mühüm hadisədir. Digər tərəfdən isə, görülən işlər muzey kollektivinin böyük zəhməti hesabına başa gəlmişdir. Hacı Həsənov AMEA-ya, Bakı Dövlət Universitetinə və digər institutlara bu məsələdə göstərdikləri köməyə görə minnətdarlığını bildirdi.

Tədbirdə “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov, sədr müavini Surxay Tağızadə, müharibə veteranları bölməsinin rəhbəri, ehtiyatda olan polkovnik Rasim Muxtarov çıxış edərək muzeyin kollektivini 20 illik yubiley münasibətilə təbrik etdilər.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında