“Xalq Əmanəti” layihəsinin növbəti nəşri təqdim edilmişdir

Azərbaycan xalqının tarixi irsi - “Xalq Əmanəti” layihəsinin yeddinci nəşrində Xalq Bank “Azərbaycan sikkələri” toplusunu təqdim etmişdir.

Azərbaycan xalqının tarixi irsi - “Xalq  Əmanəti” layihəsinin yeddinci nəşrində Xalq Bank “Azərbaycan sikkələri” toplusunu təqdim etmişdir.

Kitabın müəllifi professor  Əli Rəcəblidir. Kitab Azərbaycanın sikkə işi barədə antik dövrdən bu  günümüzədək ölkə  ərazisində zərb  edilən  və dövriyyədə olan sikkələr haqqında geniş məlumat verir. Nəşrdə çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli atributlarından biri olan  sikkənin həqiqi tarixi mənbə olaraq rolu və əhəmiyyəti vurğulanır.

Tədbirdə qeyd edildi ki, numizmatik material və  onunla bağlı tapıntılar tarixin az məlum olan səhifələrinə işıq salmaqla, ölkə ərazisində yerləşən və indiyədək naməlum olan şəhərlərin,  ticarət-sənətkarlıq mərkəzlərinin varlığı haqqında məlumat verir, mövcudluğu haqqında heç bir  məlumat olmayan hökmdarların adlarını üzə çıxarır. Bununla  bərabər, çoxəsrlik tarixi  boyunca Azərbaycanda sikkə işi bədii sənətkarlıq baxımından yüksək səviyyəyə çataraq, istehsalçıların bacarıq və ustalığını, eləcə də öz dövrünün və cəmiyyətin estetik dəyərlərini əyani şəkildə nümayiş etdirir.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, akademik Vasim Məmmədəliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri İlyas Babayev, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli və digər elm və incəsənət xadimləri vurğuladılar ki, Azərbaycanın sikkə işi  tariximizin, milli dövlətçiliyimizin çoxəsrlik ənənələrinin parlaq sübutudur, yüzilliklər boyunca ölkə ərazisində baş  vermiş  siyasi, iqtisadi və sosial hadisələrin şahididir, regionun, bəzən isə dünyanın  iqtisadi, siyasi və mədəniyyət tarixini öyrənmək üçün mühüm  mənbədir.

Məlumat üçün bildirək ki, “Xalq Əmanəti” layihəsi xalqımızın mədəni və tarixi irsinin qorunub gələcək  nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini  daşıyır. Bu seriyadan olan kitablar  hədiyyəlikdir və üç  dildə - Azərbaycan, ingilis  və rus dillərində təqdim olunur.  Bu nəşrlər ölkənin ali və orta təhsil ocaqlarına,  dövlət  müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə  fəaliyyət göstərən səfirlik və konsulluqlarına, yerli və xarici kitabxanalara, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Sonda bildirək ki, “Azərbaycan sikkələri” kitabı dünyanın 70-ə yaxın ölkəsinin kitabxanasına göndəriləcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında