Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini müvəffəqiyyətlə davam etdirir

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini müvəffəqiyyətlə davam etdirir.

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini müvəffəqiyyətlə davam etdirir.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda son zamanlar aşkarlanan faktlar bir daha göstərir ki, qaçaqmalçılar öz çirkin məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir, lakin bu kimi halların qarşısı gömrükçülər tərəfindən vaxtında alınır, ölkəmizin iqtisadi təhlükəsizliyi etibarlı təmin olunur.

Bayram ərəfəsində bəzi işbazlar ölkəmizə gömrük nəzarətindən gizli pirotexniki məhsullar gətirməyə cəhd göstərməklə asan qazanc əldə etmək xülyasına düşürlər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Nəsibov İntiqam Səməd oğlunun idarə etdiyi “Kamaz” markalı ZYZ-196 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilmişdir.

Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfində yerləşən yanacaq çəninin içərisində 1406 ədəd müxtəlif ölçüdə və çeşiddə  fişənglərin, 385 qutu partlayıcı funksiyalara malik müxtəlif pirotexniki vasitələrin gömrük nəzarətindən gizlədilməsi aşkar edilmişdir.

Mobil telefon qaçaqmalçılığı ilə məşğul olan cinayətkar ünsürlərin də qarşısına “Sınıq Körpü” gömrük postunda etibarlı sipər çəkilir.

Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşı Zaur Rzayevin etibarnamə ilə idarə etdiyi “BMW-525” markalı 10 NZ 856 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilmişdir.

Nəzarət zamanı həmin avtomobilin yük yerində, ehtiyat təkərin içərisindən, arxa oturacağın arasında olan boşluqdan və müxtəlif gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilmiş 171 ədəd “Nokia” və “Samsung” markalı mobil telefonları və mobil telefonlara aid aksessuarlar: 171 ədəd qidalandırma cihazı, 171 ədəd karton qutu, 84 ədəd “qulaqcıq”, 25 ədəd USB kabel və 5 ədəd CD disk aşkar edilmişdir.

Digər bir Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Mahmudov İsa İsmayıl oğlunun idarə etdiyi “QAZ 33021” markalı 23 BF 582 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilərkən nəqliyyat vasitəsinin yük yerinin qabaq hissəsində xüsusi düzəldilmiş arakəsmənin içərisindən bütün aksessuarları ilə birgə cəmi 504 ədəd “Nokia”, “Samsung”, “Xpress Music” və “KenXinDa” markalı mobil telefonlar aşkar edilərək saxlanılmışdır.

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Xatırladaq ki, təkcə son altı ayda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda 3823 ədəd müxtəlif markalı mobil telefon, 6107 ədəd mobil telefonlar üçün aksessuar aşkar edilərək götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında