Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 33 nömrəli yaşayış binası əsaslı təmir olunmuşdur

Naxçıvan şəhərində həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində bu il Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 33 nömrəli yaşayış binası da əsaslı təmir olunmuşdur.

Naxçıvan şəhərində həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində bu il Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 33 nömrəli yaşayış binası da əsaslı təmir olunmuşdur.

Binaya baxış zamanı Ali Məclisin sədrinə məlumat verildi ki, 5 mərtəbəli yaşayış binası 50 mənzildən ibarətdir. Görülən işlər çərçivəsində binanın dam örtüyü və giriş qapıları dəyişdirilmiş, elektrik, qaz, rabitə və su xətləri, pəncərələr yenilənmiş, mərkəzləşdirilmiş antenna və müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Bina milli memarlıq ənənələrinə uyğun olaraq üzlənmiş, həyətdə abadlıq işləri aparılmış, işıqlandırma sistemləri quraşdırılmışdır.

Bildirilmişdir ki, bu gün muxtar respublikada həyata keçirilən yenidənqurma və abadlıq işləri Naxçıvan şəhərinin timsalında daha aydın görünür. Son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulmuş, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.

Binanın sakinləri Naxçıvan şəhərinin günü-gündən çiçəklənməsinin böyük iftixar hissi doğurduğunu, aparılan quruculuq və abadlıq işələrindən, yaradılan yüksək şəraitdən hər bir şəhər sakininə pay düşdüyünü qeyd etmişlər. Onlar yaşayış binalarının ən müasir tələblər səviyyəsində təmir olunmasını dövlətimizin insanların məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirmiş, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Ali Məclisin Sədri Naxçıvan şəhərindəki ictimai yaşyayış binalarında əsaslı təmir və yenidənqurma işlərinin davam etdirilməsini tapşırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında