Vladimir DOROXİN: KİV-lər Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında və möhkəmlənməsində mühüm rol oynayır

AzərTAc xəbər verir ki, dekabrın 21-də Rusiyanın Azərbaycandakı səfirliyində RF səfirinin Azərbaycan-Rusiya münasibətlərini işıqlandıran jurnalistlərlə ənənəvi görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, dekabrın 21-də Rusiyanın Azərbaycandakı səfirliyində RF səfirinin Azərbaycan-Rusiya münasibətlərini işıqlandıran jurnalistlərlə ənənəvi görüşü olmuşdur.

Vladimir Doroxin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına köməyinə və onun ölkəsinə diqqətinə görə, Azərbaycanın kütləvi informasiya vasitələrinə minnətdarlığını bildirmişdir. O, ikitərəfli münasibətlərin möhkəmlənməsində və inkişafında kütləvi informasiya vasitələrinin xüsusi rolunu qeyd etmişdir. V.Doroxin demişdir: “Bu gün biz Rusiyanın siyasi həyatının aktivləşməsi prosesinin şahidiyik və bu, dünyanın informasiya məkanının ölkəmizə yüksək diqqətindən irəli gəlir”.

Başa çatmaqda olan il ərzində Azərbaycan-Rusiya əlaqələrinin yetərincə intensiv inkişaf etdiyini qeyd edən diplomat bildirmişdir ki, cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollara çatmışdır. V.Doroxin 2012-ci ildə regionlararası əlaqələrin coşğun inkişafının davam etdiyini bildirərək Rusiya Federasiyası subyektləri rəhbərlərinin Bakıya səfərlərini, imzalanmış bir çox sazişləri xatırlatmışdır.

Sonda “MİR” telekanalının Azərbaycan nümayəndəliyinin bir qrup işçisi fəal əməkdaşlığa görə diplomlarla mükafatlandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında