Azərbaycanda bioloji valideyni olmayan 18 yaşına çatmış kimsəsiz uşaqlar üçün evlər tikiləcək

Bioloji valideyni olmayan 18 yaşına çatmış kimsəsiz uşaqlar üçün evlərin tikilməsi məsələsi gündəmdədir.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat vermişdir. Millət vəkili bildirib ki, internatda qalan uşaqların hamısına ev tikməyə ehtiyac yoxdur.  H.Rəcəblinin sözlərinə görə, bioloji valideyni olmayan kimsəsiz uşaqlar üçün evlərin tikilməsi gündəmdə olan məsələdir: “İmzalanması üçün ölkə başçısına təqdim edilmiş “Gənclər siyasəti haqqında” yeni Qanunda evlərin tikilməsi haqqında müddəalar öz əksini tapacaq.

Bildiyiniz kimi, respublikanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qızlar üçün 20 mənzildən ibarət evlər tikilərək istifadəyə verilib. Bu qanunda uşaqların ordu sıralarına getməsi, peşə məktəblərində təhsil almaları kimi məsələlər öz əksini tapacaq. Azərbaycanda uşaq müəssisələrində qalan, eyni zamanda, atılmış uşaqların sayı azalır.

Son məqsəd budur ki, uşaq ailədə böyüsün. Biz on ildən sonra buna nail olmalıyıq. Onda belə uşaqların mənzil problemi də öz həllini tapmış olacaq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında