Səbail rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alır

Səbail rayonunda aparılan genişmiqyaslı abadlıq -  quruculuq işləri  Badamdar qəsəbəsinin görkəmini günü-gündən dəyişir. Son 3 il ərzində görülmüş işlərlə yanaşı, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Abad həyət” layihəsi çərçivəsində qəsəbəbə 15 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Noyabr ayında istifadəyə verilmiş növbəti “Abad həyət” Neftçilər döngəsi, 7 ünvanındakı həyət olmuşdur.

Həyətin təmiri ilə yanaşı, bu ünvanda yerləşən və bir - birinə paralel olan iki binada da əsaslı təmir işləri başa çatdırılmışdır.

50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış binaların fasadı əsaslı təmir olunaraq hər birinə 2 min kvadratmetrdən çox aqlay üzlük çəkilmişdir. Binaların həyət tərəfdəki bloklarında yeni plastik pəncərələr və girişlərdə  isə yeni dəmir qapılar quraşdırılmışdır.  Hər iki  binanın  giriş hissəsi və pilləkənləri təmir olunmuş, yeni sürahilər qurulmuşdur.

Binaların eyvanları təmir olunaraq  ilkin vəziyyətə gətirilmiş, əlavə artırmalar sökülmüşdür. Eyvanlar lambirlə üzlənmiş, taxtadan dekorativ bəzəklər vurulmuşdur.  Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunmuşdur.

Həyətdə səkilərə  aqlay vurulmuş,  yeni  bordür düzülmüşdür. Burada təmizlik işləri aparılmış,  işıqlandırma məsələləri   həll olunmuş, həyətə və ətraf əraziyə 3750  kvadratmetr yeni asfalt örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 1 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir. 

Həyətin uşaqları da yaddan çıxarılmamış, onlar üçün bir neçə əyləncə qurğuları quraşdırılmışır.

Küçə tərəfdəki ağaclar budanmış, çoxlu yeni ağaclar əkilmişdir. Küçəyə yeni asfalt örtüyü  çəkilmişdir. Binanın sakinləri görülən işlərin keyfiyyətindən  razı qalmış, onlar  üçün burada yaradılan şəraitə görə   ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Ə.BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında