Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi Moskvada yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil etmişlər

Dekabrın 19-da Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya paytaxtındakı “Bakı” kinoteatrında Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişlər.

Dekabrın 19-da Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya paytaxtındakı “Bakı” kinoteatrında Moskvanın uşaq evlərində tərbiyə alan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişlər.

“Bakı” kinoteatrının foyesində uşaqlar üçün al-əlvan yolkalar bəzədilmiş, müxtəlif əyləncələr təşkil olunmuşdur.

Moskvanın S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları balacaları əyləndirmək üçün şən oyunlar təqdim etmişlər.

Foyedə yaradılmış şokolad fəvvarəsi, nəhəng sabun köpükləri, əl işləri dərnəyi, akvarellə bəzəklər çəkilməsi guşələrində uşaqlar aktyorların ətrafına toplanmışdılar. Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları yolkanın kənarında maraqlı oyunlar və viktorinalar keçirmişlər. 

Bayramın ikinci hissəsi kinoteatrın tamaşa zalında davam etdirilmişdir. S.Obraztsov adına Kukla Teatrının aktyorlarının ifasında “Qar qızın məktəbi” tamaşası göstərilmişdir. Uşaqlar səhnədə ayı balalarının maraqlı sərgüzəştlərinə həvəslə tamaşa etmişlər.

Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və ÜAK-ın əməkdaşları bayramın balaca iştirakçılarına Yeni il hədiyyələri paylamışlar.

Fəridə ABDULLAYEVA
AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında