Səbaillilər cəbhə bölgəsində

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayon ictimaiyyətinin bir qrup nümayəndəsi 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə cəbhə bölgəsində olmuşdur. Onlar rayonun hamilik etdiyi "N" saylı hərbi hissədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizlə görüşmüş, torpaqlarımızın müdafiəsi ilə maraqlanmış, keşikdə dayananlarla maraqlı söhbətlər aparmışlar.
Qonaqlar əsgər kazarmalarına baxmış, burada Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə aparılmış təmirin yekunu və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olmuşlar. Səbaillilər rayondan hərbi xidmətə çağırılmış əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin salamlarını və hədiyyələrini çatdırmışlar. Əsgərlərin xidmətdəki uğurları paytaxt elçilərini sevindirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edərək Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. O, şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz üçün yaratdığı yüksək şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. Natiq ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə əmin oluduğunu söyləmişdir.
Səbail rayon kollektivlərinin sovqatları şəxsi heyətə təqdim olunmuşdur. Xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissənin nümayəndəsi şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə minnətdarlıqlarını bildirmişdir. Hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə, səngərdə xidmət edən hərbiçilərə ruh yüksəkliyi gətirdiyi vurğulanmışdır.
Sonra respublikamızın incəsənət ustaları döyüşçülərimiz üçün bayram konserti vermişlər. Vətəni sevməyə, onu qorumağa çağıran gözəl ifaları əsgərlər rəğbətlə və sürəkli alqışlarla qarşılamışlar. Səbail Rayon İcra Hakimiyyətinə və sənətçilərə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında