Avropa Şurası mətbuat azadlığı problemlərini Parisdə müzakirəyə çıxarmışdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin dekabrın 18-də qurumun Parisdəki baş qərargahında keçirilən toplantısının əsas mövzusu qitədə mətbuat azadlığı məsələsi idi.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin dekabrın 18-də qurumun Parisdəki baş qərargahında keçirilən toplantısının əsas mövzusu qitədə mətbuat azadlığı məsələsi idi.

Assambleyanın fransalı üzvü, monitorinq komitəsinin məruzəçisi xanım Cozet Dürye, İspaniyadan olan ekspert xanım Fiona Harrison Avropanın ayrı-ayrı ölkələrində mətbuat və ifadə azadlığının mövcud vəziyyəti, müşahidə edilən çətinliklər, bir sıra ölkələrdə baş vermiş jurnalist qətlləri və həbsləri, mətbuata olan müxtəlif təzyiqlərlə bağlı çıxış etmişlər. Ətrafında müzakirə gedən və isveçrəli deputat Mats Yohansonun hazırladığı məruzədə Türkiyədə böyük bir dəstə jurnalistin həbs edilməsinə xüsusi yer ayrıldığından Türkiyənin Ədliyyə Nazirliyinin məsul təmsilçisi Bayram Turqut da komitə iclasında iştirak etmiş və məsələyə aydınlıq gətirmişdir. O bildirmişdir ki, həbs olunan jurnalistlərin heç biri siyasi motivlərlə deyil, törətdikləri müxtəlif cinayətlərlə əlaqədar məsuliyyətə cəlb edilmişlər. Bununla əlaqədar Türkiyə nümayəndə heyəti məruzəyə bir sıra əlavələr və düzəlişlər irəli sürmüşdür.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov türkiyəli deputatların mövqeyini müdafiə etmişdir. Mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin fəal üzvlərindən olan R.Hüseynov Avropada jurnalistika təhsilinin gələcəyi və mətbuatın inkişaf perspektivləri ilə bağlı bir sıra məruzə və layihələrin müəllifidir. Ona görə də komitədə nüfuz sahibi olan azərbaycanlı deputatın dəstəyi təklif olunan əlavə və düzəlişlərin qəbul edilməsində əhəmiyyətli rol oynamışdır. AzərTAc-ın müxbiri ilə söhbətində deputat Rafael Hüseynov məruzədə Azərbaycanın da adının çəkilməsi ilə əlaqədar bildirmişdir: “Təqdim olunmuş hesabat bütövlükdə Avropada mətbuat azadlığı problemini əhatə etdiyindən burada üzv ölkələrin hər birindəki vəziyyət haqqında məlumatlar əks olunur. Məruzədə mətbuat azadlığı baxımından Avropa Şurasının problemli saydığı Belarus, Ermənistan, Rusiya kimi ölkələrdəki vəziyyətdən bəhs edilirsə, uzun demokratik inkişaf tarixi olan Böyük Britaniya, İtaliya və digər ölkələr də nəzərdən qaçırılmır. Yəni hesabatın məqsədi Avropada mətbuat azadlığının mənzərəsini dolğunluğu ilə əks etdirməkdən ibarətdir və orada üzv ölkə kimi Azərbaycanın xatırlanması da təbiidir. Azad Avropa radiosu və bir sıra qəzetlərlə əməkdaşlıq etmiş, 2011-ci ildə vəfat etmiş  azərbaycanlı qələm sahibi R.Tağının ölümünün arxasında hələ 2006-cı ildə onun qətli barəsində İranda Böyük Ayətulla Fazil Lənkəraninin fitva verməsi Avropa Şurasının məruzəsində ayrıca vurğulanmışdır. Bu, onu göstərir ki, demokratik mətbuatın inkişafı, jurnalistin təhlükəsizliyi yalnız daxili amillərdən asılı deyil, bəzən ölkə xaricindən də bu istiqamətdə ciddi təhlükələr gəlməkdədir və belə hallara qarşı mübarizədə səylər birləşdirilməlidir”.

Azərbaycanlı deputatın komitə iclasında da səslənmiş bu fikri həmkarları tərəfindən təqdir edilmişdir.

“Avropada mətbuat azadlığının vəziyyəti” mövzusu Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin yanvarında keçiriləcək qış sessiyasının gündəliyindədir və plenar iclasda müfəssəl müzakirə ediləcəkdir.

   Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında