KİV və icra strukturları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində yerləşən “Heydər Əliyev Mərkəzində” regional konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində yerləşən “Heydər Əliyev Mərkəzində” regional konfrans keçirilmişdir. “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirdə cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin təmsilçiləri iştirak etmişlər. Konfransa həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərləri qatılmışlar.

Yığıncaqda regional KİV-lərlə icra strukturlarının qarşılıqlı əməkdaşlığı məsələləri müzakirə edilib. Konfransın açılışında çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli KİV-lərlə icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışmışlar. V.Səfərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edib. Proqrama əsasən əhalinin informasiya əldə etmək sahəsində maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilmişdir: “Fond proqramın icrası ilə bağlı respublikamızın müxtəlif rayon və şəhərlərində konfrans, seminar və təlimlər keçirir. Belə tədbirlərin keçirilməsi mətbuat orqanları ilə dövlət qurumları arasında münasibətlərin formalaşması və məlumat azadlığının inkişafı baxımından əhəmiyyətlidir”.

Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək “İnformasiya əldə etmək haqqında” Qanunun jurnalistlərə verdiyi hüquqlardan söz açmışdır.

Bundan sonra fondun eksperti, hüquqşünas Aydın Kərimov “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edərək, qanunun və Milli Fəaliyyət Proqramının medianın fəaliyyəti üçün yaratdığı üstünlükləri şərh etmişdir.

Konfransda, paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışmışdır.

“Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri Əlisafa Həsənov, Cəlilabad rayonunda fəaliyyət göstərən “Yeni Gün” qəzetinin redaktoru Böyükxan Bağırov mövzu ətrafında fikirlərini bölüşmüş, belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamış və maraqlı təkliflərlə çıxış etmişlər.

Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün fondun nəzərdə tutduğu layihələr barədə geniş məlumat vermiş və tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında