Sosial qayğıya ehtiyacı olanlara minik avtomobilləri təqdim olunmuşdur

Dekabrın 18-də Naxçıvan şəhərində 15 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısına, 9 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, 5 nəfər müharibə əlilinə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.

Dekabrın 18-də Naxçıvan şəhərində 15 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısına, 9 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, 5 nəfər müharibə əlilinə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.

Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirmişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud olan şəxslərə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir. 2012-ci il ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində 449 nəfərin müalicəsi təşkil edilmiş, 48 nəfər sanatoriya və pansionatlara göndərilmişdir. Qeyd olunmuşdur ki, son 17 ildə Azərbaycan Vətən müharibəsi, 1941-1945-ci illər müharibəsi, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvinin iştirakçılarına 289 minik avtomobili verilmiş, 188 əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasim iştirakçılarını salamlamış, yeni avtomobillərlə təmin olunanları təbrik edərək demişdir: “Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində başa çatmaqda olan 2012-ci ildə də ölkəmizdə sabitlik və inkişaf davam etmiş, bütün sahədə nailiyyətlər qazanılmışdır. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı muxtar respublikamızda da əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olmuşdur”.

Ali Məclisin sədri demişdir: “Sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza göstərilən yüksək dövlət qayğısı, onların problemlərinin həlli ümummilli liderimiz tərəfindən əsası qoyulan sosial siyasət xəttinin əsas tərkib hissəsidir. Ötən illərdə olduğu kimi, 2012-ci ildə də bu kateqoriyadan olanlara fərdi evlər tikilmiş, mənzillər verilmiş, onların sağlamlığının qayğısına qalınmış, sanatoriyalara və kurortlara göndərişlər verilmişdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi bu gün daha 30 nəfərə yeni avtomobillər təqdim olunur. Bu, dövlətimizin vətən qarşısında xidməti olan insanlarımıza və onların fəaliyyətinə verdiyi qiymətin daha bir nümunəsidir”.

Avtomobillərin açarlarını təqdim edən Ali Məclisin sədri yeni avtomobillərlə təmin olunanlara firavan həyat və xoş günlər arzulamış, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik etmişdir.

Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri adından minnətdarlıq edən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Birliyi Naxçıvan Muxtar Respublika təşkilatının sədri Mirməcid Seyidov muxtar respublikada müharibə veteranları və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsi muxtar respublikada mövcud olan inkişaf və tərəqqinin bəhrələridir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında