Azərbaycan bu il bir neçə atıcı silah hazırlayıb

Yeni yaradılan silahlar arasında snayper tüfəngi və “Yalquzaq” adlı yeni pulemyot da var

Yeni yaradılan silahlar arasında snayper tüfəngi və “Yalquzaq” adlı yeni pulemyot da var

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən bu il bir neçə atıcı silah hazırlanmışdır. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirmişdir.

 Yeni yaradılan atıcı silahlar barədə məlumat verən nazirin sözlərinə görə, bunlardan birincisi NATO standartlarına uyğun 7.62x51 mm çaplı snayper tüfəngidir. Artıq tüfəngin yaradılma mərhələsi başa çatıb. Yeni snayper tüfənginin atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kiloqramdır.

 İkinci silah “Yalquzaq” adlı yeni pulemyotdur. Xüsusi təyinatlı və kəşfiyyatçılar üçün nəzərdə tutulmuş bu silahın atış məsafəsi 380 metr, çəkisi 7 kq, uzunluğu 1080 mm-dir.

 Y. Camalov 14.5 mm çaplı “İstiqlal” anti-material snayper tüfənginin təkmilləşdirildiyini də vurğulayıb. Təkmilləşdirmə nəticəsində tüfəngin çəkisi 35 kiloqramdan 28 kiloqrama endirilib. Həmçinin silahda bir sıra texniki dəyişikliklər aparılıb. Ermənistan mətbuatında Azərbaycan silahlarının başqa ölkələrdən götürülməsi və keyfiyyətinin aşağı səviyyədə olması barədə yayılan məlumatlara münasibət bildirən nazir bunu boş və mənasız söhbətlər adlandırıb: “Ermənistan şər-böhtan danışmağa, ağa qara deməyə öyrənib. Onların danışıqlarına əhəmiyyət vermək lazım deyil.Hazırda 23 mm çaplı snayper tüfəngin üzərində işləyirik. Yəqin ki bu silah 2013-cü ilin birinci yarısına hazır olacaq. Bundan sonra həmin silahın seriyalı istehsalına başlayacağıq”.

 Y. Camalov həmçinin qeyd edib ki, yerli müəssisələrdə dağlıq ərazilərdə döyüş aparmaq üçün çantada daşınan bir lüləli, iki lüləli və üç lüləli reaktiv qurğular hazırlanıb.

 Nazir Azərbaycanda istehsal edilən 60 və 82 mm-lik minaatanların təkmilləşdirmə nəticəsində atış məsafəsinin artırıldığını da bildirib. Onun sözlərinə görə, əvvəlki 60 mm-lik minaatanlar 1600 metr, 82 mm-lik minaatanlar 2500 metr məsafədə hədəfləri məhv edə bilirdisə, indi bu məsafə 60 mm-lik minaatanlarda 4000 metr, 82 mm-lik minaatanlarda isə 5000 metrdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında