Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı keçirilir

İyunun 29-da Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı öz işinə başlamışdır. Konfransda ATƏT-in üzvü olan 56 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir.
Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Konfransı Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev açmış, tolerantlıq və ayrı-seçkilik məsələləri ilə əlaqədar konfransın keçirilməsinin yüksək əhəmiyyət daşıdığını qeyd etmişdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iştirakçıları salamlamış, dözümlülüyün Qazaxıstan modeli haqqında danışmışdır. Onun sözlərinə görə, ölkədə yaşayan xalqları və konfessiyaları birləşdirən Qazaxıstan Xalqları Assambleyası neçə illərdir ki, uğurla fəaliyyət göstərir və sabitliyin qorunmasına öz töhfəsini verir.
Sonra BMT-nin Sivilizasiyaların Alyansı üzrə nümayəndəsi Jorje Sampayo, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, ATƏT-in milli azlıqlar üzrə ali komissarı Knut Vollebek, Türkiyənin dövlət naziri Mehmet Aydın və başqaları çıxışlarında dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi probleminə öz münasibətlərini bildirmişlər.
Konfrans öz işini davam etdirir.{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında