Beynəlxalq arenada birgə əməkdaşlıq regionda sabitliyin və sülhün bərqərar olması üçün mühüm əhəmiyyət kəsb edir

Azərbaycan ilə Çin arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Hər iki ölkənin parlamenti münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə çalışır.

Azərbaycan ilə Çin arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Hər iki ölkənin parlamenti münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə çalışır.

AzərTAc xəbər verir ki, bu fikirlər Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səslənmişdir. 

Ə.Əhmədov bildirmişdir ki, parlamentlərimiz arasındakı sıx əlaqələr dövlətlərimizin və xalqlarımızın dostluğunun daha da möhkəmlənməsinə xidmət edir.

Bildirilmişdir ki, Azərbaycan-Çin əlaqələrinin dərin tarixi kökləri vardır. Azərbaycanda Çinin sürətli inkişafı diqqətlə izlənilir. Düşünürük ki, qarşılıqlı səfərlərimizlə biz bu inkişafa stimul veririk. Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi iki ölkə arasında siyasi sahədə də sıx əlaqələr qurmağa şərait yaratmışdır.

Ə.Əhmədov Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrdən də danışmış, hakim partiyalar arasındakı dostluğun əhəmiyyətini qeyd etmişdir.

İqtisadi əlaqələrə toxunan Ə.Əhmədov bildirmişdir ki, Azərbaycan iqtisadiyyatı xarici sərmayələr üçün açıqdır və çinli sahibkarlar iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoya bilərlər. Bu, ölkələrimiz arasında ticarət dövriyyəsini də artıra bilər.

Bay Liçen demişdir ki, ikitərəfli əməkdaşlığın genişlənməsi hər iki ölkənin xalqlarının rifahına xidmət edir. Çin Kommunist Partiyasının 18-ci qurultayından sonra Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur. Düşünürük ki, parlamentlərimiz arasındakı dostluq əlaqələri daha da genişlənməlidir və bunun üçün bütün imkanlar vardır. Biz beynəlxalq arenada da əməkdaşlığımızı inkişaf etdirməliyik və bir-birimizə dəstək verməliyik. Hesab edirik ki, bu əməkdaşlıq regionda sabitliyin və sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.

Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında