Bakıda Avropa Yayımları Birliyi Baş Assambleyasının 64-cü sessiyası keçiriləcəkdir

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsindən AzərTAc-a bildirmişlər ki, iyulun 1-dən 3-dək Bakıda Avropa Yayımları Birliyi (AYB) Baş Assambleyasının 64-cü sessiyası keçiriləcəkdir.
MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İTV ev sahibliyi edəcəkdir. Üçgünlük sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri, eləcə də Avropa və Asiya Yayımları birliklərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə AYB-in yarımillik fəaliyyyəti, internet və media dünyası, yeni əsrdə jurnalistika problemləri barədə müzakirələr aparılacaqdır.
Qeyd edək ki, İTV 2007-ci ildən etibarən Avropa Yayımları Birliyinə tamhüquqlu üzv qəbul edilmişdir. İTV fəaliyyətə başlayandan il yarım sonra AYB-ə tamhüquqlu üzv seçilən yeganə teleradio qurumudur. Bu illərdə Avropa Yayımları Birliyi ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında geniş əməkdaşlıq əlaqələri yaranmışdır. AYB Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsi bu əməkdaşlığı, eləcə də dünyanın bir sıra nüfuzlu televiziya və radio təşkilatları ilə ikitərəfli əlaqələri genişləndirməyə imkan yaradacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında