Azərbaycan ilə Makedoniya arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunmuşdur

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Makedoniya Respublikasında rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Makedoniya Respublikasında rəsmi səfərdə olmuşdur.

DGK-dan AzərTAc-a bildirilmişdir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Makedoniya Respublikası Gömrük İdarəsinin rəhbərliyi ilə görüşmüşdür.

Makedoniya Respublikası Gömrük İdarəsinin baş direktoru Vanço Karqov DGK tərəfindən narkotik vasitələrin tapılmasında xüsusi təlim keçmiş xidməti itlərin bağışlanmasına görə minnətdarlığını bildirmişdir.

Görüşdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Azərbaycanın nümayəndə heyəti səfər çərçivəsində həmçinin Dünya Gömrük Təşkilatının Skopyada yerləşən Regional Tədris Mərkəzində olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında