“Əlvan fırçalarla boyanmış İpək Yolu”

Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri çərçivəsində Milli İncəsənət Muzeyində “Əlvan fırçalarla boyanmış İpək Yolu” adlı sərgi keçirilib.

Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri çərçivəsində Milli İncəsənət Muzeyində “Əlvan fırçalarla boyanmış İpək Yolu” adlı sərgi keçirilib. Sərginin açıldığı gün keçirilən tədbiri muzeyin direktoru Çingiz Fərzəliyev açaraq qədim Çin mədəniyyəti haqqında danışıb, sərginin iki xalqın mədəni əlaqələrinə xidmət etdiyini vurğulayıb.

 Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili Tszyao Xuaysin çıxışında iki ölkə arasında əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib: “Son illər iki xalq, dövlət arasında mədəni əlaqələrin inkişafı böyük perspektivlər vəd edir. Əminəm ki, bu sərgi Azərbaycana Çini tanımağa, xalqlarımız arasında mədəni bağları möhkəmləndirməyə xidmət edir”.

Çinin Şansi əyalətinin hökumətinin rəsmisi təmsil etdiyi şəhərin qədim və zəngin mədəniyyəti olduğunu, ziyarətçilərin sərgidən xoş təəssüratla ayrılacaqlarına əminliyini bildirib.

Sərgidə qoxua (sulu boya və tuş) texnikasında işləyən 18 rəssamın, yağlı boya texnikasında çalışan 16 tanınmış fırça ustasının 34 əsəri nümayiş olunub. “Tacik rəqsi”, “Türk yel dəyirmanları”, “Hindistanda kəhrəba rəqsi”, “Knos sarayının səhəri”, “İsti qış” və s. rəsmlər maraqla qarşılanıb.

“Əlvan fırçalarla boyanmış ipək yolu” layihəsi ilə əlaqədar olaraq 100-ə yaxın çinli rəssam qədim paytaxt Çanandan yola düşərək uzun İpək Yolunu yenidən keçmiş, yol boyu olduqları ölkələrin tarixinə, məişətinə, təbiətinə dair əsərlər yaratmışlar.

 M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında