Ədalətli Oyunlar Hərəkatının təbliğində fəallıq göstərən idmançılar mükafatlandırılmışlar

Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “İdman ili”nin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “İdman ili”nin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlardan danışmışdır.

Ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət aldığını, yeni olimpiya komplekslərinin istifadəyə verildiyini və idman infrastrukturunun gündən-günə  möhkəmləndirildiyini  diqqətə çatdıran Ç.Hüseynzadə demişdir ki, bütün bu nailiyyətlərin əsasında Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana böyük qayğı ilə yanaşması dayanır.

MOK-un vitse-prezidenti vurğulamışdır ki, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərar Azərbaycan xalqının böyük qələbəsidir.

Vitse-prezident bildirmişdir ki, XX əsrin sonlarından başlayaraq idmanda yeni hərəkat yaranmış və inkişaf etməyə başlamışdır. Bu Fair Play - Ədalətli Oyunlar Hərəkatıdır (ƏOH). Hazırda dünyada təşkil olunan idman yarışlarını ədalətli oyunlar prinsipindən kənarda təsəvvür etmək mümkün deyildir. Ölkəmizdə MOK-un tərkibində fəaliyyət göstərən Ədalətli Oyunlar Komissiyası artıq beynəlxalq miqyasda kifayət qədər tanınmış və özünü aparıcı bir hərəkat kimi göstərmişdir.

MOK-un vitse-prezidenti və Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abıyev çıxış edərək ədalətli oyunlar prinsiplərinə əməl edən Azərbaycan  idmançılarının ƏOH-nin layiqli üzvü olduqlarını bildirmişlər.

Sonra ölkəmizdə son bir ildə Ədalətli Oyunlar Hərəkatının təbliğində fəallıq nümayiş etdirən şəxslər müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışlar.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevə, hakim Rövşən Hüseynova, məşqçi Rəşad Rəşidova və idmançı Aliyə Qarayevaya MOK-un Ədalətli Oyunlar Komissiyasının mükafatları təqdim olunmuşdur.

Təltif olunanlar idmana və idmançılara göstərdiyi yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında