KİVDF-nin nümayəndə heyəti Brüsselə səfər etmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı Direktoru Vüqar Səfərli və fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli “Etik Jurnalistika Şəbəkəsi”nin dəvəti ilə Belçikanin paytaxtı Brüssel şəhərində səfərdədilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı Direktoru Vüqar Səfərli və fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli “Etik Jurnalistika Şəbəkəsi”nin dəvəti ilə Belçikanin paytaxtı Brüssel şəhərində səfərdədilər. KİVDF təmsilçiləri “Etik Jurnalistika Şəbəkəsi”nin Brüsseldə keçirilən konfransında iştirak edirlər.

Dekabrın 10-da beynəlxalq jurnalist təşkilatlarının və donor qurumlarının qatıldığı konfransda medianın etik prinsiplərinə münasibətdə yaranmış hazırkı durum müzakirə edilib. Müxtəlif ölkələri təmsil edən nümayəndələrdən hər biri öz ölkəsində mövcud olan proseslər barədə məlumat veriblər. Tədbirdə iştirak edən KİVDF təmsilçiləri də bu sahədə Azərbaycanda gedən proseslər və mövcud durum barədə konfrans iştirakçılarını məlumatlandırıblar.

Konfrans iştirakçıları etik standartların inkişaf etdirilməsi üçün beynəlxalq şəbəkənin inkişaf etdirilməsini vacib sayıblar.

Tədbirin sonunda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli “Etik Jurnalistika Şəbəkəsi”nin rəhbəri Aydan Uvaytla əlahiddə görüş keçirib. O, Azərbaycandakı durumun spesifik tərəfləri barədə Aydan Uvayta məlumat verib. Görüşün nəticəsi olaraq KİVDF ilə EJŞ arasında əməkdaşlıq qurulması barədə razılıq əldə edilib.

KİVDF təmsilçiləri konfransda iştirak edən digər beynəlxalq təşkilatlar və donor qurumları ilə də ayrıca görüşlər keçiriblər. Qarşılıqlı təcrübənin öyrənilməsi məqsədi ilə müzakirələrin başlanması baxımından İngiltərənin Tomson Fondunun təmsilçisi xanım Behina Peters ilə razılaşma əldə edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında