Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirilmişdir

Dekabrın 12-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulması mərasimi keçirilmişdir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulması mərasimi keçirilmişdir. Tədbirdə səfirliyin, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) əməkdaşları iştirak etmişlər.

Elə həmin gün Ümumrusiya Azərbaycanlılar Konqresi Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və səfirliyinin iştirakı ilə zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirmişdir. Tədbir “Yunost” mehmanxanasının konfrans zalında təşkil edilmişdir.

Əvvəlcə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilmişdir.

ÜAK-ın icra aparatının rəhbəri Nemət Nağdəliyev tədbiri açaraq demişdir ki, ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş konfransın məqsədi böyük siyasətçi, müasir müstəqil Azərbaycanın memarı, Azərbaycan xalqının görkəmli oğlunun xatirəsinə ehtiram bildirməkdir. Onun sözlərinə görə Azərbaycan xalqını üzləşdiyi bəlalardan, ölkəni isə parçalanmaq təhlükəsindən yalnız Heydər Əliyev xilas edə bilərdi və bugünkü firavan Azərbaycan yalnız onun zəngin siyasi təcrübəsi, danılmaz nüfuzu, xalqın onu hərtərəfli dəstəkləməsi sayəsində mövcuddur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tarixdə şəxsiyyətin rolu, ulu öndərin siyasətdə keçdiyi böyük həyat yolunun müxtəlif mərhələləri, o cümlədən sovet dövrü haqda söhbət açmışdır. O, Heydər Əliyevin görkəmli dövlət xadiminə xas olan istedadını, müasir Azərbaycanın təşəkkülünə və inkişafına, ölkənin artıq sarsılmaz suverenliyinin möhkəmlənməsinə qiymətli töhfəsini xüsusi qeyd etmişdir.

Bakıdan dəvət edilmiş qonaqlar - politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Çingiz Abdullayev, habelə rusiyalı yazıçı və tarixçi Rudolf İvanov, Heydər Əliyevlə Moskvada işləmiş, o vaxt SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə bürosu sədrinin müavini olmuş İqor Prostyakov Azərbaycan xalqının ümummilli liderinin şəxsiyyətinin miqyası barədə danışmışlar.

İqor Prostyakov vurğulamışdır ki, Heydər Əliyev görkəmli dövlət xadimi idi. O, həm Azərbaycanın, həm də SSRİ-nin inkişafına çox böyük töhfələr vermişdir. İqor Prostyakov Heydər Əliyevin bütövlükdə Sovet İttifaqı miqyasında iqtisadiyyatın idarə edilməsinə töhfəsindən söhbət açaraq vurğulamışdır ki, o, öz dövrünün nəhəng siması, güclü lider idi. O demişdir: “Heydər Əliyev görkəmli xadimdir və taleyimdən çox razıyam ki, mənə bu görkəmli insanla işləmək nəsib olmuşdur”.

Natiqlər qeyd etmişlər ki, Heydər Əliyev çox müdrik, əzmkar dövlət xadimi idi. O, öz adını tarixə Azərbaycan dövlətçiliyinin qurucusu, respublikanın müstəqilliyi, suverenliyi uğrunda mübariz kimi yazmışdır. Heydər Əliyev Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, onun mədəniyyətinin və təhsilinin inkişafında, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının sıx birləşməsində mühüm rol oynamışdır. O, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına da çox böyük töhfə vermişdir.

Konfrans zalında Heydər Əliyev Fondunun arxivlərində saxlanılan nadir fotoşəkillər sərgilənmişdi.

Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında